Dolğun kipriklərin sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 698
Səs ver:
(səs: 5)
Hər birimiz istərdik ki, kipriklərimiz uzansın və çox canlı, qəşəng görünsün. Baxışlarımız cəlbedici və unudulmaz olsun. Əgər belə bir istəyiniz varsa, o zaman xəbərimi diqqətlə oxuyun.

1 xörək qaşığı badam yağı;
Yarım çay qaşığı qoz yağı;
1 çay qaşığı hind yağı;
3 damcı su;
Bunları yaxşıca qarışdırıb tünd rəngli şüşənin içinə tökürük. Maskadan istifadə etməmişdən qabaq mütləq şüşəni çalxalayın. Sonra isə kipriklərə və hətta istəsəniz qaşlarınıza da çəkə bilərsiniz. Bu maska qaşlarınızın və kipriklərinizin uzanmağına kömək edəcək.Həftədə 2 dəfə istifadə etmək məsləhətdir. 


1 çay qaşığı hind yağı;
Yarım çay qaşığı kakao yağı;
2 damcı limon yağı;
Bunları yaxşıca qarışdırın, maska halına gətırib kipriklərinizə və qaşınıza sürtün. Unutmayın ki, hazırladığınız maskanı ağzı bağlı bir qabda saxlamaq lazımdır. Maskanı 20 dəqiqə saxladıqdan sonra kipriklərinizi və qaşlarınızı südlə silib təmizləyin.
Həftədə 3 dəfə istifadə etmək olar.


1 çay qaşığı hind yağı;
1 çay qaşığı avakado yağı;
Yarım çay qaşığı süd;
2 damcı su;
Bunları yaxşıca qarışdırıb tam hazır vəziyyətə gətiririk. Alınan qarışığı kipriklərimizə və qaşlarımıza sürtürük. Maskanı 10 dəqiqə saxladıqdan sonra isə badam yağı ilə kipriklərimizi və qaşlarımızı silirik.
Həftədə 1 dəfə etmək kifayətdir.

/Mənbə: Qadınlar.biz/
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 5 698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri