Evdə edə biləcəyiniz maskalar

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 6 185
Səs ver:
(səs: 6)
Bal və alma sirkəsi qarışığı
Bir qabın içinə üç çay qaşığı süzmə bal qoyun. Balın üzərinə üç damla alma sirkəsi damladın və yaxşıca qarışdırın. Qarışığı 15 dəqiqə gözləməyə alın. Bu müddət sonunda qarışığı dərinizə çəkin və təxminən 10 dəqiqə gözlədin. Daha sonra üzünüzü ilıq suyla yuyun.

 Maş paxlası və limon suyu

Təbii və canlı bir dəriyə sahib olmaq üçün bir ovuc maş paxlasını blenderdə kiçik parçalar halına gətirin. Blenderdən keçmiş olan paxlaların üzərinə dörd damla limon suyu damladın və pambıq köməyiylə bu qarışığı üzünüzə çəkin. 12 dəqiqənin sonunda üzünüzü ilıq su ilə durulayın.
Çiyələk və üz südü
Üzünüzdəki qara nöqtələrdən və sızanaqlardan xilas olmaq üçün sərvət ödəmənizə ehtiyac yoxdur. Evdə asanca edə biləcəyiniz bu maskalarla da parlaq bir dəriyə qovuşa bilərsiniz. Beş çiyələyi çəngəl köməyiylə püre halına gətirin. Üç çay qaşığı üz südünü çiyələklərin üzərinə tökün və qarışdırın. Bu qarışığı üzünüzə 20 dəqiqə tətbiq edin. Yumşaldığını və parladığını rahatlıqla hiss edəcəyiniz üzünüzü ilıq su ilə yuyun.

 Kök və kərəviz sapı

Həm mədənizi həm də dərinizi qoruyun! Düz və qüsursuz bir dəri üçün bitkilərin gücündən faydalanın. İki böyük kök, bir kərəviz sapı, bir ədəd soyulmuş alma və xiyarı blenderdən keçirin. Pambıq köməyiylə bu maskanı üzünüzə çəkin. Məsamələrin asanca açılacağı bu maskanı 15 dəqiqə üzünüzdə gözlədin.

 Günəbaxan yağı və yumurta

Bir çay qaşığı günəbaxan yağı, bir yumurta və bir çay qaşığı pivə mayasını bir qabda gözəlcə qarışdırın. Bu maskanı üzünüzə incə bir təbəqə halında çəkin. Çaşdırıcı nəticələr əldə edəcəyiniz bu maskanı 20 dəqiqə üzünüzdə gözlədin və ilıq su ilə yuyun.
Tərcümə etdi:Aytən Mələk


(səs: 6)
Şərhlər: 4
Baxılıb: 6 185
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri