Evdə təbii piling necə hazırlanır?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 69 650
Səs ver:
(səs: 9)
Dərimizi yeniləyib təzəliyini qorumaq üçün əvvəl ölü hüceyrələrdən xilas olmamız lazımdır. Ölü dəri təbəqəsi üstdə yığılaraq dərimizin hava almasına mane olar. Bu da solğun ya da fərqli tonlarda pis rəngləri olan bir üz demək olur. 
Hər gecə yatmadan əvvəl makiyajınızı təmizləyib gecəyə uyğun kremlər istifadə edin. Ən əhəmiyyətlisi də mütləq peeling edin!
Sizə peelingin təbii yolunu öyrədək.

 Şəkər mükəmməl bir soyucudur. Yalnız səthdəki deyil, ət köklərinə yaxın toxumanı da təmizləyər. 

Bir ədəd kəsmə şəkəri iki yemək qaşığı qliserin ya da dərinizə uyğun bir başqa bitki yağıyla qarışdırın. Biz aloe verayı təklif edərik. Daha sonra qarışığı ovcunuzun içinə alaraq dairəvi hərəkətlərlə üzünüzə tətbiq edin. İlıq suyla durumalamadan əvvəl 5 dəqiqə gözləyin.

 Çiy yulaf dəriniz üçün mükəmməldir.Üzünüzə sağlam bir rəng verər. 

Üç çay qaşığı çiy yulafı bir çay qaşığı təzə balla qarışdırın. İçinə bir çay qaşığından daha az alma sirkəsi əlavə edərək qarışdırın. 
Yapışqan hissi sizi narahat etməsin. Balın üzünüzü qucaqlaması lazımdır. Bu maskanı da 15 dəqiqə gözlətməniz lazımdır.

 Həftədə bir dəfə zeytunyağı və dəniz duzunu qarışdıraraq bədəninizin hamısına masaj edə bilərsiniz. Duz dərinizdə uzun müddət qaldığında təhlükəli, doğru miqdarda istifadə edildiyindədirsə möcüzəvidir. 

Pis iy verməsindən çəkinirsinizsə qarışığa ərik yağı da əlavə edə bilərsiniz.

 Antioksidan zəngini yaşıl çay yalnız içildiyində deyil, dəriyə birbaşa olaraq tətbiq olunduğunda da möcüzələr yaradar. 

İltihabı önləyici təsiriylə sızanaqları qurudar və yenidən çıxmalarını mane olar. Təzə yaşıl çayı dəmləydikdən sonra nəmli dənəcikləri üzünüzə tətbiq edin. İstər 15 dəqiqə gözlədin, istəsəniz masaj edərək çəkin. Digər təriflərin içinə də yaşıl çay dəmi əlavə edə bilərsiniz.

 Qatıq və qoz dərinin ən böyük dostlarından! Əzilərək parçalanmış yarım çay fincanı qozu, dörddəbir çay fincanı sadə qatıqla qarışdırın. Qatığın sulu tərəflərini istifadə edin. Soyuq suyla durulamadan əvvəl 10-15 dəqiqə gözləyin.

Tərcümə etdi:Aytən Mələk

(səs: 9)
Şərhlər: 3
Baxılıb: 69 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri