Quru əllər üçün həll

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 11 191
Səs ver:
(səs: 5)
Soyuq hava, kondisioner, zərərli kimyəvilər əllərimizin qurumasındakı ən böyük faktorlardan yalnız bir neçəsi... İndi sayacağımız bir neçə həll təklifiylə yumşaq əllərə qovuşmanız mümkün! 
 
İşdə quruyan əllər üçün 5 həll!
 
Əl kremi sürün! 
 
Quruyan əllərin ən böyük köməkçilərindən biri əl kremləridir. Bazarda hər büdcəyə və dəri tipinə uyğun yüzlərlə əl kremi tapa bilərsiniz. Nəmləndirmə xüsusiyyəti yüksək olanları seçmək təbii ki ən məntiqlisi… Dəri yüngül yaşkən nəmləndiricini daha yaxşı əmər. Buna görə əllərinizi yuduqdan dərhal sonra əl kremi istifadə etmənizi tövsiyə edərik. Əgər davamlı ventilyasiyası təbii olmayan bir mühitdəsəniz, məsələn iş yerləri kimi, mühitdəki quru havadan təsirlənməməsi üçün davamlı əl kremi istifadə etməniz şərt!
 
Nəmləndirici xüsusiyyətli sabun istifadə edin! 
 
Əllərinizi sıx yumaq, onları qurutmanıza səbəb ola bilər. Bunu önləmək üçün, istifadə etdiyiniz sabunun nəmləndirici xüsusiyyətli olmasına diqqət yetirin. Kimyəvi maddələrin istifadə edildiyi sabunlar yerinə təbii sabunları seçin.
 
İlıq su seçin! 
 
Əllərinizi ilıq suyla yuyun. İsti su, dərinin üzərində qalması lazım olan təbii yağlara da təsir edəcək və əllərinizin qurumasına səbəb olacaq. Ayrıca gərəyindən çox suyla təmas da əlləri qurudan bir səbəb olduğundan əllərini çox sıx yumamağa diqqət yetirin.
 
Bol bol su istehlak edin! 
 
Su istehlakınız həm sağlamlığınız həm də dəriniz üçün çox əhəmiyyətli bir faktor! Bol bol su istehlak etməniz lazım olduğunu söyləməkdən bezmədik, bezməyəcəyik. Əgər gün içində heç su içə bilməməkdən şikayətçisinizsə, gözünüzün önünə bir şüşə su qoyun. Beləcə hər gördüyünüzdə ağılınıza gələcəkdir. Nizamlı su içməyə başladıqdan sonra əllərinizdəki dəyişməni dərhal fərq edəcəksiniz.
 
Əlcək geyin! 
 
Əlləriniz ev işləri edərkən davamlı suyla təmas halındadırsa, plastik əlcək geymənizi şiddətlə təklif edərik. Həm su həm də kimyəvilər ehtiva edən yuyucular əllərinizə zərər verəcəyindən, bir cüt əlcək həyat qurtarıcı olacaq.
/Mənbə: Qadınlar.biz/
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 11 191
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri