Dərinizi qoruyan bir dəqiqəlik möcüzələr

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 365
Səs ver:
(səs: 5)
Parlaq və baxımlı bir dəri üçün bahalı kremlərə ya da çox zamana ehtiyacınız olduğunu düşünürsünüzsə yanılırsınız. 
''Möhtəşəm görünmək üçün saatlarla vaxt itirmənizə  ehtiyacınız yoxdur. Ümumi gözəllik problemləriniz üçün bu sürətli və asan həlləri yoxlayın.''

 Ağrısız qaş almaq üçün dişəti keyləşdirən gel.

Bu reseptsiz satılan keyləşdirici qaşlarınızı bu ağrılı əməliyyatdan əvvəl keyitməyə faydalıdır. İstənilən bölgəyə ovaraq çəkin və təsirini göstərməsi üçün 20 saniyə gözləyin. Keyləşən kimi əməliyyata başlaya bilərsiniz.

 Makiyaj silməyi asanlaşdırmaq üçün körpə şampunu.

Makiyajla yatmanın heç bir bəhanəsi ola bilməz. Digər makiyaj təmizləyicilər dərinizi təhrik edir və ya bahalıdırsa, körpə şampunu yaxşı bir variant ola bilər. Hindqozu yağından əldə edilən və toksik olmayan lorik turşu tərkibli göz makiyajını zərər vermədən çıxarar. Pambığın üzərinə bir az körpə şampunu tökərək makiyajınızı çıxarın.

 Yumşaq dodaqlar üçün toz şəkər və bal

Çatlamış dodaqlarınızı təbii yoldan nəmləndirin. Ovucunuzda bir damla bal və bir az toz şəkəri qarışdırın. Dodaqlarınıza çəkərək 10 saniyə gözlədin. Nəmli dəsmalla silin. Bal, möcüzəvi bir təbii nəmləndiricidir. Şəkər isə duzun əksinə dərinizi qurutmadan ölü dərinin tökülməsini təmin edər.
Tərcümə etdi:Aytən Mələk
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 2 365
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri