Uşaq kimi üzü olmasını istəyənlər üçün maskalar

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 144 854
Səs ver:
(səs: 6)
Üz üçün nəmləndirici maska

Vəsaitlər: Yumurta sarısı + süd
Hazırlanması: Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə yayın üzərini incə bir bezlə örtərək on beş dəqiqə gözləyin. Ardından kağız dəsmalla silərək təmizləyin. Daha sonra sırasıyla, ilıq və soyuq suyla üzünüzü yuyun.
Nə işə yarayır: Quru və nəmsiz bir dəriniz varsa bu maska sizin üçün birə-bir. İçində olan yumurta sarısı dərinizi qidalandıraraq, süd nəmləndirəcək, yumşaqlıq verəcək və möhkəmlədəcək.
Nə vaxt istifadə etməli: Bu maskanı həftədə bir dəfə tətbiq etmək kafi. 

Qara nöqtələrin sonu gəlir.

Vəsaitlər: Limon suyu + qatıq
Hazırlanması: Bir kasa qatığa bir limonun suyunu qarışdırın. Bu qarışığı, gözlərinə gəlməməsinə diqqət edərək üzünüzə yayın və 15 dəqiqə gözləyin. Üzünüzdə quruyan maskanı ilıq suyla yuyaraq çıxarın.
Nə işə yarayır: Limon suyu dərini dezinfeksiya edər, sızanaqları qurudar və qara nöqtələrin itməsinə köməkçi olar. Qatıq isə dərini qidalandırar, nəmləndirər və yağ miqdarını tarazlar.
Nə vaxt istifadə etməli: Bu maska həftədə bir dəfə tətbiq oluna bilər.


Sızanaqlar üçün gül kələm

Vəsaitlər: Gül kələm + zeytunyağı
Hazırlanması: Səkkiz ədəd gül kələm yarpağını iki qaşıq zeytunyağı ilə birgə mikserdən keçirin. Qarışığı, problemli bölgələr üzərində daha sıx olacaq şəkildə üzünüzə yayın, on dəqiqə gözləyin və üzünü ilıq suyla təmizləyin.
Nə işə yarayır: Gül kələm yarpaqlarının təmizləyici funksiyası vardır.
Nə vaxt istifadə edilməli: Həftədə bir ya da iki dəfə.

Qırışıqlara qarşı maska

Vəsaitlər: Qaymaq + alma
Hazırlanması: Bu maskanı hazırlamaq üçün soyulmuş bir alma və üç qaşıq qaymağı mikserlə bir neçə dəqiqə qarışdırmanız kafi. Qarışığı dərinizə yaydıqdan sonra təmiz bir bezlə üzünüzü bağlayın. Təxminən on dəqiqə gözlədikdən sonra maskanı silin və üzünüzü ilıq suyla təmizləyin.
Nə işə yarayır: Qaymaq dərini yumşaldar, nəmləndirər və dəriyə elastikiyet qazandırar. Qırışıqlara qarşı da təsirlidir. Alma isə dərinin diri qalması üçün əhəmiyyətli faktor.
Nə vaxt istifadə etməli: Həftədə bir dəfə.


Yağlı dərilər üçün

Vəsaitlər: Bal + süd + limon suyu
Hazırlanması: Bir fincan içində bir qaşıq balı, bir qaşıq limon suyunu və konsistensiyanın tündlüyünü pozmayacaq miqdarda südü qarışdırın. Qarışığı üzünüzə və boyunuza yayın və yüngülcə quruyana qədər gözləyin. Maskanı nəmli bir süngər köməyiylə silərək təmizləyin.

Nə işə yarayır: Bal dərini yumşaldar və limon suyunda olan aktiv maddələrin daha yaxşı əmilməsini təmin edər. Bu maddələr də dərinin yağ ifrazatını tarazlar, çox yağ ifrazatı nəticəsi meydana gələ biləcək sızanaqları önləyər.
Nə vaxt istifadə edilməli: Ehtiyaca görə 10 - 15 gündə bir təkrarlaya bilərsiniz.

/Mənbə: Qadınlar.biz/
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 144 854
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri