Buzla edə biləcəyiniz 4 dəri baxımı

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2931
Paylaş:
Səs ver:
(səs: 5)
Sizin qədər dəriniz də soyuq havaya nifrət edir; soyuqdan yanaqlarınız gərilir, dodaqlarınız çatlayır, əlləriniz quruyur. Amma soyuğu doğru istifadə etməyi təcrübə edin. Buz kubları ilə dərinizə masaj etmək, qan dövranını artırar və qırışıqların görünüşünü azaldar. Sizə buz parçalarıyla tətbiq edə biləcəyiniz və dərinizin çox sevəcəyi bir neçə baxım məsləhəti:

Sızanaqları kiçildin
Yeni çıxmağa başlayan sızanağın yaratdığı qızarıqlığı aradan qaldırmaq üçün buz istifadə edə bilərsiniz. Bir buz parçasını ağızı bağlı kiçik bir paketin içinə qoyun və 5-10 dəqiqə sızanağınızın üzərində qoyun. Bu qabarıqlığı və gərginliyi aradan qaldıracaq.

Gözlərinizin şişkinliyini azaldın
Yuxusuz bir gecə keçirdiniz? Səhər qəhvənizin dəmlənməsini gözləyərkən dərhal bir neçə buz parçası alın və yumşaq bir bezin içinə bükərək gözlərinizin üzərinə kompres edin. Bu şişkinkiyi aradan qaldıracaq və daha oyanıq hiss etmənizi təmin edəcək. Daha yaxşı bir təsir üçün yaşıl çayı buz qəlibində donduraraq birbaşa olaraq tətbiq edə bilərsiniz. Ya da dəmlik qara çay paketlərini də dondura bilərsiniz.

Məsamələrinizi möhkəmləşdirin
Tonal krem sürtmədən əvvəl üzünüzdə bir buz parçasını gəzdirin. Xüsusilə geniş məsamələrin olduğu bölgələrə tətbiq edin. Soyuq su, məsamələri möhkəmləşdirər və makiyaj üçün daha hamar bir dəri əldə etmiş olarsınız. Buna makiyaj bezi təsiri də deyə bilərik.

Meyvəli serum edin
Dərinizə canlı bir görünüş vermək və parlaqlıq qatmaq üçün, ahududu ya da xiyar kimi tərəvəz meyvələri, bir miqdar suyla blenderdən keçirib, buz qəliblərində dondurun. Serum təsiri üçün bu buz kubları ilə üzünüzə masaj edərək meyvələrin bütün o gözəl özlərini dərinizə yedirə bilər və eyni zamanda yüngül bir peelinq təsiri də etmiş olarsınız. Dərinizin ehtiyacı olan vitamini bu şəkildə ona verə bilərsiniz.

loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 2931
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv