Üzümün üz üçün faydaları

Müəllif: tek umidim sen
Şərhlər: 10
Baxılıb: 16 526
Səs ver:
(səs: 4)
Üzüm alfa-hidro turşuları ilə zəngindir və bunun nəticəsidir ki, ondan hazırlanan maskalar dərini ölmüş hüceyrələrdən təmizləyir, dərini təmiz, məxməri, elastiki və yumşaq edir.

Quru dəri üçün maska
Eyni miqdarda bal və üzüm şirəsini qarışdırın, tənzif salfeti batırıb üz dərinizə qoyun.

Quru qocalan dəriyə uyğundur
Bir neçə üzüm dənəsini doğrayın və əvvəlcədən təmizlənmiş üz və boyun dərisinə çəkin. Üzüm maskası istənilən dərini məxməri, təmiz, elastiki edir, əla təmizləyir və canlandırır. Kurs 15-20 prosedurdur, həftədə 2-3 dəfə etmək olar.

Qırışlı dəri üçün üzüm-südlü maska

1/4 stəkan üzüm şirəsi ilə eyni miqdarda südü qarışdırın, pambığı batırıb üzünüzə qoyun, üstündən dəsmalla örtün. 15-20 dəqiqə saxladıqdan sonra üzünüzdən götürün, dərinizi azacıq qurudun, krem çəkin. Maska qırışlı dəri tipinə uyğundur.

Həssas dəri üçün maska
1 çay qaşığı kəsmik, 1 çay qaşığı bal və 2 çay qaşığı üzüm şirəsini birlikdə qarışdırın, üzünüzə çəkin, 10-15 dəqiqə sonra soyuq su ilə yuyun.

Yağlı dəri üçün maska
Əvvəlcədən çalınmış yumurta ağına 2 çay qaşığı üzüm şirəsi əlavə edib qarışdırın, üzünüzə çəkib 15-20 dəqiqə sonra soyuq su ilə yuyun.

Yağlı dəri üçün qidalandırıcı maska
1 xörək qaşığı əzilmiş üzümə yarımçıq yumurta sarısı, bir az un və ya nişasta əlavə edib qarışdırın. Maskanı üzünüzə çəkib 20 dəqiqə saxlayın, əvvəl isti su ilə, sonra soyuq su ilə yuyun.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 16 526
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri