Ağardıcı maskalar

Müəllif: Zeynuş
Şərhlər: 7
Baxılıb: 60 428
Səs ver:
(səs: 20)
Maska 1
Hazırlanması və tətbiqi:
1 çay qaşığı sarıkök 1 çay qaşığı yağlı süd (qaymaq da olar) və 1 çay qaşığı balı qarışdırıb üzünüzə çəkirsiz, 20-30 dəqiqədən sonra ilıq su ilə yuyursuz.
Bu maskanı bir gündən bir etməyiniz məsləhətdir..

Qeyd: Maskanı üzünüzə çəkərkən əlcək geyinməyi unutmayın, əks təqdirdə dırnaqlarınızda sarıkökün ləkəsi qala bilər.

Maska 2
Hazırlanması və tətbiqi:
1 xörək qaşığı limon suyu, 10 damcı 5%-li perekis məhlulu, 1 çay qaşığı süd və az miqdarda şampun əlavə edib qarışdıraraq üzə çəkilir, 10 dəqiqədən sonra üzdən təmizlənir.

Qeyd: Maska son dərəcə effektli olmasına baxmayaraq, həssas dərili xanımlara tövsiyə olunmur. Bu maska salon prosedurlarına aiddir.

Maska 3
Hazırlanması və tətbiqi:
1 çay qaşığı cəfərinin suyuna bir qədər xama və 1-2 damcı limon suyu əlavə edirsiz, qarışdırıb üzünüzə çəkirsiz, 20 dəqiqədən sonra təmizləyirsiniz.

Maska 4
Hazırlanması və tətbiqi:
1 yumurta sarısına bir neçə damcı limon suyu əlavə edib üzünüzə çəkirsiniz, yumurta qurumağa başlayanda üzünüzü yuyun.

Maska 5:
Hazırlanması və tətbiqi:
Xiyarın suyu əla ağardıcı vasitədir, üzünüzü silə bilərsiniz və yaxud da xiyarın suyundan buz kubikləri duzəldib üzünüzü bu cür təmizləyə bilərsiniz
(səs: 20)
Şərhlər: 7
Baxılıb: 60 428
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri