Üzümüz üçün maskalar

Müəllif: KRALİCEM
Şərhlər:
Baxılıb: 4017
Paylaş:
Səs ver:
(səs: 3)
Dəri ləkələri üçün maskalar:
Dəri ləkələri bir çox insanlarda görülə bilən bir dəri problemidir. Dəri ləkələri deyərkən ilk növbədə sızanaq, qəhvə rəngi və qara ləkələr, çillər və doğumdan sonra qalan ləkələr nəzərdə tutulur. Dəriyə maska tətbiq edərək ləkə rəngini soldura, hətta sağalda bilərsiz. Günəş şuasına birbaşa məruz qalan bir dəridə iltihaplı sızanaqların, bəzi şəxslərdə isə ləkələrin əmələ gəlməsinə səbəb olur. Bəzi dəri ləkələri zərərsiz və zərərli ola bilər. Gözəl üz dərisinə sahib olmaq üçün bu maskalardan istifadə etməyiniz məsləhətdir. Çünki nəticədə gözəl və baxımlı dəriniz olacaq.

Dəri ləkələrinə qarşı limon maskası:
1 x/q bal
2 x\q qatıq
1 ç/q limon suyu
Bütün bunları yaxşı qarışdırın. Ləkə olan bölgəyə çəkib, dəriyə yeridin. 10-15 dəqiqə gözlədib ilıq su ilə yuyun.

Çil ləkəsinə qarşı maska:
1 x/q alma sirkəsi
2 x/q ilıq yaşıl çay
4 x/q şəkər tozu
1 x/q bal
Hər birini yaxşı qarışdırın. Şəkər tozu ərimiş halda olsun. Bir saat gözlədikdən sonra dərinizə çəkə bilərsiniz. 10-15 dəqiqədən sonra ilıq su ilə yuyun.

Dəri ləkələri üçün üzüm sirkəsindən maska:
1 ç/q üzüm sirkəsi,
1 ç/q su,
1 ç/q limon suyu.
Hazırlanmış maskanı gündə 2 dəfə (axşam və səhər) dərinizə çəkin.

Yayda əmələ gələn ləkələrə qarşı maska:
1 st süd,
1 x/q düyü.
Südlə düyünü birlikdə bişirin. Daha sonra incə bir bezlə süzün və hər axşam bu qarışığı dərinizə çəkin.

Maskaları təmiz üzə çəkin.10-15 dəq çox saxlamayın.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 4017
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv