Perrikone pəhrizi: 3 gün ərzində dərinin cavanlaşması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 956
Səs ver:
(səs: 1)
Amerikan dermotoloqu Nikolas Perrikone, 3 gün ərzində dərinin vəziyyətinə müsbət təsir edən pəhrizin olmasını iddia edir.

Bunun üçün hazırlanan xüsusi rasion, dərinin dartınmasını təmin edib, onu səpkilərdən təmizləyir.

Bu pəhriz  "Face lift diet" adını almışdır. Perrikone əmindir ki, şəkər, duz, spirtli  içkilər və qəhvə dəridə iltihabi prosesslərin yaranmasına və onun vaxtından tez qocalmasına səbəbdir.  Məhz buna görə bu məhsulları rasiondan çıxardaraq, əvəzində dəriyə yaxşı təsir edən məhsullarla əvəz etmək lazımdır. Bunlar  tərkibində omega - 3 turşuları və antioksidantlar olan məhsullardır. Bu birləşmələr, dərinin hüceyrə qişasını (qabığını) qoruyaraq, onlarda suyun saxlanmasını təmin edir.

Həmçinin, dietoloq, mümkün qədər çox mineral su içməyi tövsiyə edir. Beləliklə dəri vəziyyətini çox qısa zaman ərzində  yaxşılaşdırmaq istəyənlər,üç gün ərzində, balıq, yaşıl tərəvəzlər, giləmeyvələr və qoz-fındıqla qidalanmalıdırlar.

Kofein, şəkər, duz və spirtli içkilərlə bərabər, rasiondan buğda məhsullarını da çıxartmaq lazımdır.

Perrikone pəhrizi:
Səhər yeməyinə, 200 qr balıq əti, 4 qaşıq yulaf yarması, 100 qr istədiyiniz giləmeyvə.

Nahar üçün, xiyar, pomidor, 150 qr balıq və ya toyuq filesi və meyvə. Tərəvəz salatına az zeytun yağı və limon şirəsi əlavə etmək olar.

Şam yeməyi üçün mütləq olaraq, 150 qr balıq və ya toyuq əti, 1 şəkərsiz yoqurt, 4 qoz və yarım alma tələb olunur.

Hər yeməkdən öncə
300 ml su içməyiniz bu pəhrizin əsas qaydalarından sayılır. Bu pəhrizin yaradıcısı iddia edir ki, pəhrizin köməyi ilə, siz, çəkinin azalaması, dərinin yaxşılaşması, gözəl əhval ruhiyyə və orqanizmin cavanlaşmasını təmin edə biləcəksiniz.

Kofein və duzdan imtina isə, şişləri aradan qaldıracaq.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 956
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri