Üz dərisinin pilinqi

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3448
Paylaş:
Səs ver:
(səs: 1)
Pilinq — hər bir dəri növü və hər yaş dövrü üçün uyğun olan unikal prosedurdur. Əgər dəridə problem varsa, o zaman bu proseduru yetkinlik dövründən başlamaq olar. Dəri təmiz olduqda, 25 yaşa qədər bu prosedurun 2 dəfə edilməsi kifayət edir.

Pilinq sözü — qabıq vermək kimi tərcümə olunduğuna görə, dərinin təmizlənməsi mənasına gəlir. Pilingin bir neçə növü mövcuddur: yüngül, orta və dərin pilinq.

Yüngül pilinq — meyvə turşularının əsasında baş verir. Proses turşu məhlulunun dəriyə 1 qat sürtülməsi ilə baş verir. Lakin bu turşu məhlul məişətdə istifadə olunan turşular deyil, kosmetologiyada istifadə olunan populyar meyvə turşularıdır. Bunlardan: limon, badam, salisil, süd, retionel və s kimi turşu məhlullarıdır.

Əgər dəri sağlam və cavandırsa pilinq dəri hüceyrələrinin yenilənməsi üçün edilir. Dəridə yaranan ölü hüceyrələrin balaca ölçüdə olmasına baxmayaraq, onları təmizləmədikdə, məsamələrin tutulması baş verir. Bu isə təbii ki, dərini nəfəs almağa qoymur, nəticədə dəri qalın və kobud olur, dərinin rəngi boğulur və o, xəstə və solğun görkəm alır.

Dərinin sağlam vəziyyətdə saxlanılması üçün ildə 2 dəfə meyvə turşulu pilinq kifayət edir.

Pilinq nə edir və onun köməyi ilə hansı problemlərdən azad olmaq olar:

— dərinin rəngini yaxşılaşdırır

— dərinin teksturası yaxşılaşır- dəri hamar və yumuşaq olur

— məsamələr təmizlənir və daralır

— piqmentasiya ağarır

— akne(sızanaq və qara nöqtələrin müalicəsi)

— sızanaqlardan sonrakı ləkələrin təmizlənməsi

— dərinin liftinqi — dəri daha möhkəm və elastik olur, yüngül qırışları yox edir

— dərinin artıq yağı azalır.

— dəri nəfəs alır, nəticəsə isə cavanlaşır

Bu prosedurdan sonra dər, bir neçə gün qabıq verir və bununla ölü dəri qatından azad olaraq, dərinin cavan və daha sağlam görünüşünü müşahidə etmək olur. Dəri tipinə uyğun olaraq kosmetoloqla sizə hansı piling növünün lazım olduğunu məsləhət almağınız daha düzgün olar.

Unutmayın, dərinizə yaşlı dövrdən deyil, artıq 20 -25 yaşlarından başlayaraq qulluq etmək lazımdır!

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 3448
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv