Dərini qocaldan qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 706
Səs ver:
(səs: 0)
Qidaların sağlamlığımıza  təsiri müzakirə olunmaz bir həqiqətdir.  Bəzi qidalar dərimizi yaxşılaşdırır, bir qrup qida isə əksinə onu solğunlaşdırır, elastikliyini və canlılığını itirir. Süd, badam, duzsuz fındıq dərini  bəsləyir. Gözəl və hamar dəri naminə quru üzüm, bal, simit, çips, partlamış qarğıdalı, qızarmış toyuqdan uzaq durmaq lazımdır.

1960-cı illərdən bəri süd istehlakı ilə dəri sağlamlığı arasında əlaqəni müəyyən etmək üçün araşdırmalar aparılır. Bu araşdırmaların əksəri südün ən az dərman qədər dərinin müalicəsində əhəmiyyətli olduğunu üzə çıxardıb. Lakin 2010-cu ildə aparılan bir araşdırma süd istehlakı ilə dəridəki iltihablı sızanaqlar arasında konkret əlaqəni üzə çıxarmasa da, tədqiqatlar yağsız südün istifadəsinin daha məqbul olduğu qənaətinə gəlmişdilər.  Odur ki, sızanaqdan əziyyət çəkənlər bununla bağlı dermatoloqlardan yardım istəməlidirlər.

Ara yeməklər  də dəriyə zərər verə bilir. Xüsusilə, qlisemik indeksi yüksək olan qidaların başında  kişmiş, bal, simit, çipsi, makaron kimi qidalar gəlir. Çünki bu qidalar insulin səviyyəsində pozğunluqlar meydana gətirə bilir.  Bu qidalardan imtina edilməsi dəri sağlamlığı və arıqlamaq üçün çox əhəmiyyətlidir. Sadə karbohidratları və yüksək qlisemik indeksli qidaları qatıq, süd kimi məhsullarla birlikdə yemək uyğundur.

Yüksək temperaturda bişirilən ətlərdə yağ və zülal arasında  kimyəvi reaksiya əmələ gəlir. Yaşlandıqca bu ərzaqların dəriyə mənfi təsiri daha da güclənir, qırışların yaranması sürətlənir. Çipsi, partlamış qarğıdalı, kreker və bu qəbildən olan qidalar suyu orqanizmdə saxlayır. Göz altında şişkinliklər yaradır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 706
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri