Kartofdan hazırlanmış maska

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 6 971
Səs ver:
(səs: 6)
Təmizlənmiş çiy (xam) kartofu sürtkəcin xırda gözündən keçirdin, sıyıqı tənzifin iki qatının arasında yerləşdirin, 15-20 dəqiqə üzünüzə maska şəklində qoyun və ilıq suyla yuyun. Maska qıcıqlanmaya meylli həssas dəri üçün, həmçinin şişmiş göz altı, qırışlar zamanı tövsiyə edilir. Bu masaka dərini hamarlaşdırır, yumşaldır, nəmləndirir və canlandırır. Üzdə sızanaqlar olduqda bu maskanı 1-2 saat saxlamaq lazımdır.

Sabunla yuyulmaları daşımayan həssas dərisi olan xanımlara, içərisinə nişasta əlavə edilmiş suyla yuyunmaları tövsiyə edilir. 1 çay qaşığı kartof nişastasını 1 xörək qaşığı soyuq suda həll edin. Sonra həll edilmiş nişastanı az miqdarda qaynar suya töküb və sürətli qarışdırıb üzünüzə sürtün.
Çiy kartofu təmizləyib, nazik dilimlərə bölün. Onları 15 dəqiqə təmiz üzdə saxlayın , sonra ilıq suyla yuyunun. Bu prosedur dərini yumşaldır və ağardır, dəri elastik olur və təbii parıltını əldə edir.

Quru dəri üçün yuyucu pasta. 1 stəkan südlə və ya suyla qarışdırılmış kartof püresinə çay qaşığı bor turşusu və təraş üçün krem əlavə edib yaxşıca qarışdırın. Pastanı üzə sürtüb barmaqların uclarıyla ovmaq və 1 dəqiqə sonra soyuq suyla yumaq lazımdır. Bu tərkib dərini yaxşı təmizləyir. Soyuducuda 2-3 gün saxlaya bilərsiniz.
Qaynamış kartofu zeytun yağıyla qarışdırın üzərinə bir neçə damcı limon şirəsi əlavə edin. Sıyıqı 20 dəqiqə ərzində üzə vurun daha sonra əvvəlcə isti, sonra soyuq suyla yuyun. Bu maska quru dərisi olan xanımlara tövsiyə edilir.

Növbəti maska quru və normal dərini yaxşı təravətləndirir: kartof sıyıqını yumurta sarısıyla qarışdırıb ilıq vəziyyətdə 20-30 dəqiqə üzünüzdə saxlayın, üstündən dəsmal qoyun.

Hind maskası. 1 çay qaşığı bal, isti süd, kartof nişastası, duz götürün sıyıq halına gələnə qədər qarışdırın. Qarışığı üzə pambıq tamponuyla qat-qat sıyıq bitənə qədər vurmaq lazımdır. 20-25 dəqiqədən sonra üzü əvvəlcə isti suyla, daha sonra soyuq suyla yumaq lazımdır. Bu maska yağlı tip dərisi olan xanımlara tövsiyə edilir. Dərini hamarlaşdırır və rəngini açır.
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 6 971
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri