Xiyarlı maskalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 10 852
Səs ver:
(səs: 4)
Ləkəli dərilər üçün:
2 ədəd xiyarı soyub rəndələyin, daha sonra 1 yemək qaşığı qatığı xiyarla qarışdırın.  15 dəqiqə üzünüzdə saxladıqdan sonra ilıq suyla yuyun. Ardından nəmləndirici krem sürtün. Həftədə 2 dəfə tətbiq edə bilərsiniz.
 
Dəri rəngini açmaq üçün:
1 ədəd  xiyarı rəndələdikdən sonra üzərinə 1 ədəd yumurta sarısını, 2 çay qaşığı susam yağı, 2 çay qaşığı alma sirkəsini əlavə edib qarışdırın. Üzünüzdə 30 dəqiqə saxladıqdan sonra ilıq suyla təmizləyə bilərsiniz.
 
Yağlı dərilər üçün:
2 çay qaşığı xiyar suyu, 1 ədəd yumurta ağı, 2 damcı limon, yarım çay qaşığı gili bir qabda qarışdırın. Dərinizə sürtün. Göz və ətrafına dəyməsin. Həftədə  2 dəfə tətbiq edin.
 
Qırışlar üçün:
Bir kasa içində 1 ədəd xiyarı  soyduqdan sonra əzin, içərisinə 1 ya 2 xörək qaşığı süd əlavə edib bir az da əzin. Qatı hala gəldikdən sonra dərinizə sürtün. 15-20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 10 852
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri