Soyuq havalarda əl və dırnaqlara necə qulluq etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 894
Səs ver:
(səs: 2)
Soyuq fəsillər dərinin balansında bəzi dəyişiliklərə yol açır, quruluq yaradır. Dərisi yağlı olanlar fəsil dəyişdikdə ciddi problemlərlə qarşılaşmırlar. Dəri quruluğunun qarşısını almaq üçün əl və üz kremlərinin istifadəsinə daha çox zərurət yaranır.
 
Həkim dermatoloq Leyla Mirzoyeva deyib ki, müxtəlif tərkibli kremlərdən istifadə qaydalarına düzgün riayət etmək lazımdır: "Bunu həm əl, həm də üz dərisinə aid etmək olar. Qışda daha çox əl kremlərindən istifadəyə üstünlük veririk. Kremlərin tərkibini isə daha çox su təşkil edir. Su tərkibli bu kremləri istifadə edib havaya  çıxdığımız zaman temperatur mənfidirsə, kremin tərkibindəki su əlimizdə və yaxud üzümüzdə xırda buz dənələrinə dönür və bu da əlavə travma verir. Ona görə də soyuq havalarda kremi evdən çıxmadan ən azı 2 saat öncədən sürtməliyik. Bundan əlavə, kremlərdən deyil vazelin və yaxud qliserin tərkibli mərhəmlərdən istifadəyə üstünlük verməliyik. Bu vasitələrin tərkibindəki yağlılığa diqqət yetirmək lazımdır".
 
Leyla Mirzoyeva deyir ki, həm üzdə, həm əldə quruluğun qarşısını almaq üçün ilk olaraq, yuyucu vasitələrə diqqət yetirməlidir. Daha çox nəmləndirici, təbii tərkibli ürünlərə üstünlük verməlidir. Soyuq havalarda ağır tərkibli skrabların dəriyə çəkilməsini yetərincə azaltmaq lazımdır. Çünki bu kimi vasitələr dəri quruluğuna daha tez yol açır, bunlar da sonda çatlar yaradır. Bu çatlara həm üz dərisində, həmçinin də əllərdə rast gəlinir. Nəticədə mikrotravmalar yaranır. Travmalar yarandıqda dəri daha da həssaslaşır, hər hansı bir məhlunun istifadəsi isə ciddi allergik xəstəliklərə gətirib çıxarır: "Bu mikro-travmalarda müxtəlif maddələr daha dərinə girməyə başlayır. Normal və sağlam dəriyə istədiyimiz kremi əgər allergiyası yoxdursa çəkə bilərik, ancaq çatlar yaranmış dəriyə tərkibində qoxu maddələri olan kremlər istifadə etsək,  dəri sağlam olmadığı üçün tərkib dərinə işləyib daha ciddi olan allergik -dermatit yarada bilər" .
 
Həkim-dermotoloqun sözlərinə görə, soyuq havalar saç və dırnaqlara birbaşa təsir edir. Dırnaqların qidalanması için biotinin istifadəsi yararlıdır. Bu bilavasitə dırnaqların möhkəmlənməsinə və tez uzanmasına səbəb olur. İstifadə edərkən həkimlə məsləhətləşmək şərtdir. Bundan əlavə, saç və dırnaq problemi olanlar qanda sinkin çatışmazlığını yoxlamalıdırlar. Dırnaqların çatlaması dəmir əskikliyi və qan azlığı ilə əlaqəli ola bilər: "Soyuq havalarda meyvə-tərəvəzlərin sayı azalır, bədənimiz yetərincə vitamin ala bilmir. Bu isə daha çox saç tökülməsi ilə nəticələnir. Hazırda dəri həkimlərinə olan şikayətlərdən çoxu məhz saç tökülməsi ilə bağlıdır".
 
Leyla Mirzoyevanın sözlərinə görə, saçlar tez-tez boyandığı zaman quruyur, sərtləşir və tökülməyə başlayır. Mütəmadi boyanması irəliləyən yaşlarda saç seyrəkliyinə gətirib çıxarır. Boyanın incə telli saçları qalınlaşdırdığı deyilsə də, tərkibində kimyəvi maddələr olan boyaları saça çox zərər verir. Mütəxəssis saçların ildə ən çox 2 dəfə boyana biləcəyini deyir. Həkim-dermatoloq xoşagəlməz vəziyyətlə üzləşməmək üçün xanımların saç boyası alarkən diqqətli olmalarını tövsiyyə edir.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 6 894
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri