Üzünüz tərtəmiz olacaq

Müəllif: Antikvar
Şərhlər: 11
Baxılıb: 6 612
Səs ver:
(səs: 7)

Əziyyət çəkmədən asanlıqla qara nöqtələrdən xilas olmağın yollarını sizlərə təqdim edirik.

 

Üzünüzü yaxşıca təmizləyin

Dəri altındakı yağ hüceyrələrinin ifraz etdiyi sebum məsamələri tıxayır, hava ilə təmas etdikdə də oksidləşərək tündləşir və qara nöqtələrə dönüşür.

Yumşaq bir süngərlə ölü hüceyrələr və qara nöqtələrin üzərinə masaj edərək təmizləyin. Barmaq ucunuzə bir az pilinq geli sürtərək həftədə bir, ya iki dəfə özəlliklə burnunuzu, alnınızı və çənə bölgənizi masaj edərək ovalayın.

 

Buxar vannası edin

Öncə təmiz bir qabın içinə qaynamış suyu tökün, başınızı örtərək üzünüzü bu buxara tutun.

Üzünüzü yumşaltmaqla yanaşı məsamələri açacaq və qara nöqtələri təmizləməkdə kömək olacaq.

 

Pambıq istifadə edin

Buxar vannasından sonra qara nöqtələri təmizləmək asan olur. Bunun üçün buxar vannasından sonra əlinizə iki pambıq alın. Sonra qara nöqtələrin üzərinə iki barmağınızla pambıqla basın. Çalışın dırnaqlarınız dəriyə dəyməsin.

 

Məsamələri sıxlaşdırın

Bunun üçün təbii gülsuyu istifadə edin.
(səs: 7)
Şərhlər: 11
Baxılıb: 6 612
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri