Burun üzərindəki qara nöqtələr üçün maska

Müəllif: Menim balam
Şərhlər: 15
Baxılıb: 7 318
Səs ver:
(səs: 3)
Bütün xanımları narahat edən, burunun üzərindəki qara nöqtələr üçün maska reseptini təqdim edir.
Məqsəd - burun üzərindəki qara nöqtələrdən xilas olmaq .
Ehtiyacımız olan vəsaitlər - toz jelatin və bir az süd.
Süd olmazsa, su da olar. Əgər yalnız burnunuza edəcəksinizsə, 1ç.qaşığı toz jelatin, amma alnınıza və ya başqa yerlərə etmək istəsəniz, 1x. qaşığı toz jelatin istifadə edin. Nə qədər jelatin qoysanız, o qədər də süd əlavə edin. Sonra çay qaşığı ilə qarışdırın.
Sonra mikrodalğalı sobada 10 saniyəyə qədər isidin. (mikrodalğalı sobası olmayanlar, bu qarışığı buxar vannası ilə əridə bilər. Və ya qaynar südlə də edə bilərsiniz.)
Bir az isinincə, qarışığı mümkünsə bir fırça köməyiylə burnunuza sürtün. Əlinizlə də sürtə bilərsiniz təbii ki, amma nə qədər incə sürtülsə, bir o qədər yaxşı nəticə verir. Qalın sürtsəniz, yumşaq plastik kimi olur və dəriyə yapışmır. 5 dəqiqədən sonra, əlinizlə quruyub-qurumadığını yoxlayın. Bir ucundan yüngülcə qaldıraraq, yavaş-yavaş soyun. Burnunuzdakı qara nöqtələr, jelatinə yapışıb soyulacaq.
(səs: 3)
Şərhlər: 15
Baxılıb: 7 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri