Yazda dəriyə necə qulluq etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 485
Səs ver:
(səs: 1)
Mövsüm dəyişərkən dəriyə qulluq qaydasını da fəslə görə dəyişdirmək lazımdır. İqlim dəyişdikcə dərimizin ehtiyacları da dəyişir.

Yaz aylarında dərimizin daha həssas və allergik olduğunu nəzərə alsaq, daha fədakar bir dəri baxımına ehtiyac duyduğumuzu anlaya bilərik. Soyuq qış aylarında dərini qorumaq üçün istifadə etdiyimiz zəngin tərkibli kremləri daha yüngülləri ilə

dəyişdirməyin vaxtı gəldi. Artıq daha az yağlı, daha yüngül kremlər seçə bilərik.

Yaz gəldikdə dəriniz daha çox yağ "istehsal" etməyə başlayır. Bir çox kremlər dərinin yağ nisbəti tarazlığını pozaraq sızanaqların yaranmasına səbəb ola bilər. Nəmləndiricilərlə yanaşı, tonikdən istifadə də faydalı olacaq.

Yaz ayları pilinq üçün çox uyğun sayılmır. Buna görə də yaz gəlmədən mat və solğun dəridən xilas olmaq üçün yaz aylarında pilinqdən istifadə etmək lazımdır

Evdə öz pilinqinizi özünüz hazırlaya bilərsiniz. Pambığın üzərinə hopana qədər limon sıxın və şəkər səpin, sonra bu pambıqla yüngül islatdığınız üzünüzü ovxalayın. Üzünüzü ilıq suyla durulayın və yumşaq bir dəsmalla quruladıqdan sonra nəmləndirici tətbiq edin.

Dəri təmizliyi bahar aylarında çox əhəmiyyətlidir və dərinizi təmizləmək üçün təbiətdən faydalana bilərsiniz.

Dəri təmizləyici maska

1 yemək qaşığı quru lavanda

1 yemək qaşığı quru gül yarpağı

3 yemək qaşığı yulaf

2 yemək qaşığı gil

Bütün vəsaitləri qarışdırıb qaynar su əlavə edərək məcun halına gətirin. Dərinizə sürtüb 20 dəqiqə gözlədin və yuyun. Həftədə bir dəfə tətbiq edin.

Bahar aylarında mövsümi saç tökülməsi yaşayan şəxslər bu dövrdə saçlarına da diqqət yetirməlidirlər. Saç diblərinin ehtiyacı olan vitamin dəstəyini təmin etmək lazım ola bilər.

Saç tökülməsi üçün qüvvətləndirici maska

1 yemək qaşığı bibəriyə yağı

3 çay qaşığı ardıc ağacı yağı

1 çay qaşığı gicitkən toxumu yağı

2 yemək qaşığı sızma zeytun yağı

Bütün vəsaitləri yaxşıca qarışdırın. Həftədə bir dəfə saç diblərinə masaj edərək sürtün. Bir saat saxlayıb yuyun.

Təzə meyvə-tərəvəz detoksu

Həftədə bir, ya da iki günü meyvə-tərəvəz günü elan edə bilərsiniz. 24 saat boyunca yalnız mövsümlük meyvə-tərəvəz yeyərək bədəninizi təmizləyə bilərsiniz. Gündə üç litr suyla yanaşı, iki fincan yaşıl və adi çay içə bilərsiniz.

Əslində qış aylarında da günəş qoruyucusundan istifadə etmək lazımdır, amma bahar gəldikdən sonra artıq çölə günəş kremi çəkmədən çıxmağı "qadağa" kimi düşünə bilərsiniz.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 485
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri