Özünə bax

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 385
Səs ver:
(səs: 2)
Soyuq havalar dərinizi quruda bilər, dodaq və əllərinizdə çatlaqlar meydana gələ bilər. Bütün bunların qarşısını almaq üçün dərinizin baxıma ehtiyacı olacaq. Bazardan aldığımız tərəvəz və meyvələrlə dərinizi soyuq günlərdə qoruya bilərsiniz. Həm təbii məhsullardan faydalanaraq kosmetik məhsullara çox pul xərcləmərsiniz. Limon, kök, xiyar, kələm və daha nələr nələr sizə kömək edəcəkdir. Evinizdə asanca edə biləcəyiniz bu müalicələri tətbiqinə laqeyd yanaşmayın.

Limon ilə əllərinizi nəmləndirin:
Bir limonu ikiyə bölün. Yarısını əlinizin arxasına sürtün. Limon yüksək nisbətdə sitrikasit və C vitamini ehtiva edər. Bu da toxuma istehsalının hərəkətə keçməsini təmin edər. Əllərinizdə bir neçə saniyə yanma hiss edə bilərsiniz, amma əllərinizi nəmləndirərək yaxşı bir nəticəyə sahib olacaqsınız.

Kirişlə dərinizi təzələyin:
İki kirişin ağ qisimini incə incə doğrayın. Bir stəkan südlə birlikdə on dəqiqə bişirin. Sıyıq olan kirişi, ilıq halda dərinizə sürün. 20 dəqiqə sonra dərinizi gül suyu ilə təmizləyin. Qısa bir müddət sonra üzünüz canlı və parlaq görünüşə qovuşacaq.

Dəri üçün kələm:
Bərk meyvə sıxacağı ilə kələmi sıxın ya da blendırdan keçirin. Zeytunyağı ya da hindistan qozu yağı ilə qarışdırıb dərinizə tətbiq edin. Əldə etdiyiniz bu müalicəni bəsləyici krem olaraq istifadə edə bilərsiniz.

Kök möcüzəsi:
Kök suyu ilə saçlarınızı canlandıra bilərsiniz.
Zeytunyağı ilə kök suyunu qarışdırın. Çirklənmiş saçlarınızı yumadan əvvəl bu baxım müalicəsini sürün. Bir gün saçınızı bu şəkildə gözlədin. Artıq ölmüş saçlarınıza yaxşı gələcəkdir.

Kök suyu qışlıq kreminiz ola bilər:
Yarım stəkan kök suyu ilə bir çay stəkanı zeytunyağını qəhvədana qoyun. Az odda bişirin. Üstdəki yağlı qisimi dərinizə sürün. Qışda bəsləyici krem olaraq bu müalicəsi istifadə edə bilərsiniz.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 385
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri