Gil maskaları nə üçün tətbiq edilir?

Müəllif: Menim balam
Şərhlər: 12
Baxılıb: 9 845
Səs ver:
(səs: 6)
Gözəlliyinizi bu gil maskaları ilə qoruyun..

Klassik gil maskası (su + gil) həmişə aktual olan maskadır. Onun əsas məqsədi dərini ölü hüceyrələrdən və toksinlərdən  təmizləməkdir..

Gil müxtəlif rənglərdə olur. Lakin klassik maska eyni cür hazırlanır. 2-3 xörək qaşığı gilin üzərinə 3-4 xörək qaşığı mineral su (qazsız) əlavə edin, 30 dəqiqə saxladılır. Su tam çəkiləndən sonra onu qarışdırın və həftədə bir dəfə bu maskadan istifadə edin..

Ağ gil.
Arxeoloqlar iddia edirlər ki, məhz ağ gildən olan maskalar Kleopatraya gözəl görünmək üçün kömək olurdular. Onun tərkibində kaolinit mineralı var ki, o, elastikliyin qorunmasına, lestitin əmələ gəlməsinə, hüceyrələrin təmizlənməsinə xeyirlidir..

Solğun və yaşlı dərilər üçün də  uyğundur..


Mavi gil.
Onun rəngi gümüşün olmasından irəli gəlir. Bu gil dezinfeksiya və irinə qarşı çox effektlidir. Həmçinin dərini minerallar və mikroelementlərlə qidalandırır, yumuşaldır və tonuslaşdırır..

Normal və kombinləşdirilmiş dərilərə uyğundur..

Yaşıl gil.
Dəmir oksidinin bolluğu müşahidə olunur. Gil nə qədər tünd yaşıldırsa, o, daha effektivli olacaq. Dərini dərindən təmizləyir, dezinfeksiya edir, yağlı dəriləri qurudur. Lakin sızanaqlı dəriyə bu maska məsləhət görülmür..

Yağlı və problemli dərilər üçün..

Qırmızı gil.
Qan dövranını yaxşılaşdırır, üzdəki qırmızılığı aradan götürür, üz kapilyarlarının və damarlarının elastikliyini artırır. Tərkibində qırmızı dəmirin oksidi və mis oksidi var. Birinci element tonuslaşdırır, ikinci isə elastikliyi təmin edir..

Həssas, qırmızılaşan dəri üçün..

Sarı gil..
Kaliy və dəmir ilə zəngindir. Bunun nəticəsində dərini toksinlərdən azad edir və onu oksigen ilə qidalandırır...

Solğun və qırışmış üzlər üçün də effektlidir..
(səs: 6)
Şərhlər: 12
Baxılıb: 9 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri