Niyə üz üçün süd istifadə edək?

Müəllif: emis
Şərhlər: 10
Baxılıb: 37 731
Səs ver:
(səs: 2)
Üz üçün süd – özünə qulluq edən qadın üçün bəlkə də yeganə kosmetik məhsuldur ki, onsuz  qala bilməz. Hətta  qadın çox cavan olsa da, dekorativ kosmetikadan istifadə etməsə də, üz üçün gel, krem, pilinq kimi diqər kosmetik məhsullardan xoşu gəlməsə də.

Üz üçün süd elə bir məhsuldur ki, biz onunla günü başlayırıq və onunla bitiririk. Kosmetika istehsalçıları bunu yaxşı bilirlər və demək olar ki, hər kosmetik kompaniya eyni zamanda  üz üçün bir neçə növ süd təklif edirlər. Və yalnız üz üçün yox, bədən üçün, əllər və hətta ayaqlar üçündə.

Niyə bizə üz üçün süd lazımdır?
Təmizləyici məhsulların, həmçinin, südün əsas vəzifəsi dərini toz, krem, makiyaj qalıqlarından və dəri yağı, tər, laylanan zərrələrdən azad etməkdir. Yalnız dəri təmiz olanda dərinin buynuz və rüşeym qatları qidalandırıcı kremləri qəbul edir. Axı üzə qulluq yalnız təmizləməklə qurtarmır. Ehtiyacdan asılı olaraq dərini ya nəmləndirirlər, ya da qidalandırırlar.
Yaxşı təmizləyici effekt almaq üçün təmizləyici preparat yağda əridilən maddələrlə (dəri yağı, krem, makiyaj) yanaşı, suda əridilən maddələri də (tər qalıqları) aradan götürməlidir.
Buna görə yağlar, su və emulqator smesi bədən üçün südün əsas tərkibi sayılır. Belə "kokteyl” yağ, tər, çirk və hər növ rəngi əridir.

Üz üçün südün tərkibi:
Hər kosmetik vasitənin yaxşı cəhəti onun problemli tərəfi ilə bağlıdı. Burada problem səliqə ilə, dəridən çirki silərək dərini ağırlaşdırmadan və onun təbii maddələrə təsir etmədən təmizləməkdir. Digər sözlə, fayda gətirərək ziyan verməməkdir.

Etiraf edək ki, buna tam nail ola bilən heç bir  preparat yoxdur, çünki tərkibindəki emulqator və təmizləyici aktiv substansiyalar istifadə olunan və müdafiə edici yağların, tər və dəri rütubətin arasında fərq qoymurlar. Buna görə təmizləyici substansiyaların quruducu təsiri kompensasiya etmək üçün kimiyaçı-kosmetoloqlar dəri üçün uyğun olan tensidlər (təmizləyici aktiv maddələr) və emulqatorları seçib, düzgün dozalaşdırmaq və nəmləndirici və qidalandırıcı substansiyalarla birləşdirirlər.

Hərdən südün tərkibinə yalnız təmizləyici yox, dəri tonusu qaldıran və ya əksinə sakitləşdirən təsirli maddələrdə əlavə olunur. Belə hallarda kosmetoloqlar tərkibinə bitki ekstraktlardan istifadə edirlər.

Əgər üz üçün süd annotasiyasında siz "reqenetativ təsirli” (bərpaedici) kimi təsvir oxuyursuzsa, ehtiyatlı olun. Bu halda istehsalçı ya yalan deyir, ya da preparatın tərkibini həddindən artıq yükləyib. Yadınızda saxlayın ki – təmizləyici preparat, nə çox, nə az, dərini yumuşaq və dərindən təmizləməlidir.

Üz üçün süddən hansı tezliklə istifadə etmək olar?
Həddi aşmamaq şərti ilə üz üçün süddən  hər gün istifadə etmək lazımdır. Dərini tez-tez təmizliyərək biz dərinin  təbii (və kosmetik) müdafiəedici qayğısını da aradan götürürük. Bu isə dəridə rütubətin azlıqına, quruluğa və həssaslığa, ekstremal hallarda isə ekzemaya gətirə bilər. Çünki dərimiz öz müdafiəsini belə sürətlə bərpa edə bilmir. Ən axşı kosmetik preparatlar isə dərinin təbii müdafiəsini əvəz edə bilməz, yalnız onu gücləndirə bilər. Bu səbəbdən üzü təmizləmək tezliyini biz  dərinin tipi və onun vəziyyətdən asıllı olaraq müəyyən edirik:

Quru dərini axşam gün ərzində yığılan çirk və makiyajdan yaxşı təmizləmək, səhər isə üzü saf və ya spirtsiz tualet su ilə təravətləndirmək kifayətdir.
Yağlı dərini üz üçün süd ilə həm səhər həm axşam təmizləmək olar. Gecə ərzində çıxan dəri yağını səhər yalnız su ilə yumaq kifayət olmayacaq.
Soyuq havada süddəki nəm dəriyə pis təsir etdiyə görə qışda evdən çıxmazdan qabaq südü istifadə etmək tövsiyyə olunmur.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 37 731
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri