Səpgilərdən xilas olmağın yolu

Müəllif: Bestoş
Şərhlər: 23
Baxılıb: 4061
Paylaş:
Səs ver:
(səs: 5)
Gözəllik həmişə göz oxşayır. Ancaq əbədi nə var ki? O ki qaldı qadın gözəlliyi ola...

Zaman keçdikcə, yaş üstünə yaş gəldikcə gözəllik də yavaş-yavaş solmağa başlayır, necə deyərlər, qara saça dən, bəyaz dəriyə qırış düşür. Amma cavanlığın da öz problemləri var. Məsələn üz səpgiləri.

Təbii ki, üzdə səpgilərin yaranması gözəlliyə xələl gətirməklə yanaşı xanımlarda narahatlıq da yaradır. Əlbəttə ki, səpgilərin yaranma səbəblərini və ondan xilas olmağın yollarını öyrənmək heç də pis olmazdı.

Üzdə olan civzə və aknelərin əmələ gəlməsi periodik xarakter daşısa da, xırda səpgilər çox vaxt qəflətən və gözlənilmədən yaranır. Axşam təmiz və hamar olan dəridə səhər çoxlu xırda səpgilər yarana bilər.

Xırda səpgilərin əmələ gəlməsi bir sıra səbəblərlə əlaqədar ola bilər:

- Mədə-bağırsaq sisteminin pozulması: qəbizlik, bağırsaqların atoniyası;

- Allergiya: mövsümlə əlaqədar olaraq çiçək tozu, günəş şüaları, toz və digər yaz-payız faktorlarına qarşı həssaslığın artması;

- Dəriyə qeyri-düzgün qulluq: kosmetik vasitələrin uzun müddət üzdə qalması, dərinin təmiz yuyulmaması, yeni istifadə olunan hər hansı vasitəyə qarşı reaksiya;

- Dəri parazitləri: demodeksin – dəri məsamələrində yaşayan gənənin aktivləşməsi;

- Orqanizmdə baş verən hormonal dəyişikliklər: yeniyetməlik, hamiləlik, klimaks və cinsi həyatda uzunmüddətli fasilə;

- Bəzi dərman preparatlarının qəbulu;

- Bəzi qida növləri (ekzotik və sitrus meyvələri, moruq, yerkökü və s.), keyfiyyətsiz, həddən artıq şirin və yağlı qida qəbulu;

- Dərinin infeksion xəstəlikləri;

- Güclü stress.

Səpgilərin üzün hansı hissəsində yayılmasından asılı olaraq səbəb haqqında mülahizə yürütmək olar.

Alında, saç xəttinə yaxın – öd kisəsi və öd yollarının disfunksiyası, qəbizlik;

Göz ətrafında, almacıq sümüyü üzərində – böyrək və böyrəküstü vəzin xəstəlikləri;

Burunüstü nahiyədə – qaraciyərin disfunksiyası;

Yanaq, sinə, kürək nahiyəsində – ağciyər xəstəlikləri;

Burnun ucunda və qanadlarında – ürək-damar sisteminin xəstəlikləri;

Dodaqətrafı və çiyin nahiyəsində – həzm sisteminin və yoğun bağırsağın disfunksiyası;

Çənə və çənəaltı nahiyədə – hormonal sistemin, əsasən də cinsi hormonların disbalansı zamanı əmələ gəlir.

MƏSLƏHƏTLƏR

- Üzün isti suyla yuyulması ilk növbədə iltihabi proseslərin sorulmasını sürətləndirir, demodeks kimi parazitlər isti mühitə qarşı dözümsüzdür.

- Axşamlar üz yuyulduqdan sonra tərkibində spirt saxlayan losyon, salisil spirti və ya 40 faizli spirtlə silinir.

- Gülümbahar, aptek çobanyastığı çiçəyi və dazıotu kimi bitki dəmləmələri ilə üzə islatma və buxar vannası edilir.

- Müalicə zamanı qida rasionundan şirin, duzlu, yağlı qidalar tamamilə çıxarılır, meyvə-tərəvəz, göyərti kimi təbii məhsullar artırılır.

- Bitkilərdən hazırlanmış təbii maskalardan istifadə edilir.

- Mütəmadi olaraq təmiz havada gəzmək, müalicə müddətində dekorativ kosmetikadan istifadə etmək, skrab kimi dərini zədələyə biləcək vasitələrdən uzaq durmaq məsləhət görülür.

RESEPTLƏR

- 1 çay qaşığı tozağacı tumurcuğu 1 stəkan qaynar suda 10 dəqiqə qaynadılır, 20 dəqiqə ocaqdan kənarda dəmlənir, süzülür. Bir neçə qat tənzif isti dəmləmədə isladılır, üzə qoyularaq 10 dəqiqə saxlanır. Soyuyandan sonra tənzif dəyişdirilir.

- Bağayarpağının bir neçə təzə yarpağı xırdalanıb əzilir, alınan kütlə təmiz yuyulmuş üzə çəkilir, 20 dəqiqə saxlandıqdan sonra yuyulur.

- 1 xörək qaşığı quru dəvədabanı üzərinə 1 stəkan qaynar su tökülərək 30 dəqiqə dəmlənir. Alınan dəmləmə ilə üz hər gün bir-iki dəfə yuyulur.

- 1 xörək qaşığı quru gəndalaş çiçəyi üzərinə 2 stəkan qaynar su tökülərək 20 dəqiqə dəmlənir, süzülür və üzə islatma qoyulur.

- Teader çayı 2 filtr-bağlama 1 stəkan suda dəmlənir, gündə 2-3 dəfə daxilə qəbul edilir. Həmin dəmləmə ilə üz dərisi gündə 2 dəfə silinir.

- 1 xörək qaşığı xırdalanmış gülümbahar çiçəyi 1 stəkan qaynar suda 1 saat dəmlənir, süzülür. Azacıq isidilərək 20 dəqiqə üzə islatma qoyulur və ya isti buxarla üzə vanna edilir.

- 2 xörək qaşığı gülümbahar çiçəyi üzərinə 1/4 stəkan 40% spirt və 1/5 stəkan isti su əlavə olunur, tünd qabda qaranlıq yerdə 1 sutka dəmlənir. Sonra süzülür, üzərinə 3-4 ml qliserin, 5 qram bor turşusunun spirtdə 5% məhlulu əlavə olunaraq qarışdırılır. Alınan cövhərlə üz gün ərzində 2-3 dəfə silinir.

- Gün ərzində iki dəfə üz dərisi səpgi əleyhinə Fitolosyonla silinir.

- 2 çay qaşığı bal yarım çay qaşığı toz halına salınmış darçınla qarışdırılır, isti su hamamında yumuşaldılıb üzə çəkilir, 10 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyulur.

- 1 ədəd yumurta ağı köpük alınana qədər yaxşı çalınır, 1 çay qaşığı nişasta və 4 damcı çayağacı yağı əlavə edilib qarışdırılaraq üzə çəkilir. 10 dəqiqə saxladıqdan sonra yuyulur, sonra qidalandırıcı krem çəkilir.

- Aloe yarpağı kəsilir, soyuq suyla yuyulur, sərin və qaranlıq yerdə 10 sutka saxlanır. Yarpağı kəsilməmişdən 1-2 həftə əvvəl bitki sulanmamalıdır. Sonra yarpaqlar xırdalanır, əzilir, üzərinə 1:5 nisbətində qaynadılmış soyuq su əlavə olunur. Qaynayan su hamamında 1 saat dəmlənir, ocaqdan götürülür, soyudularaq süzülür. Tünd şüşə qabda saxlanır. Gün ərzində 2 dəfə üz dərisi silinir.

loading...
(səs: 5)
Şərhlər: 23
Baxılıb: 4061
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Angela7
Çox faydalı xəbərdir, təşəkkürlər.
25 yanvar 2016 00:07
23
Offline
Aynuray
maraqlidi
2 may 2015 23:06
22
SEN MENIM SADELIYIME BAXMA MUREKKEBIMDE BATARSAN
Offline
aykazayka
mende bu aralar cox olur
2 may 2015 16:08
21
Heyatimda sehv buraxan insanlari bagislayacaq qeder boyuyem,Amma tekrar guvenecek qeder axmaq deyilem............:)
Offline
Aydan Habili
Bunları tapınca menki mene geler
2 may 2015 15:24
20
Offline
lelos
aybaşi zamani olur iki gün
1 may 2015 21:28
19
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Nur k-off
mende olmur yeni bezen menustrasiyadan evvel 1-2 dene olur
1 may 2015 18:17
18
SVETA
Offline
emis
Üz dərisi deyiləndə mənim üçün axan sular durur yani)) üz dərime qarşı çox həssasam şükür sepkilerle bağlı prablemim yoxdu. Məni bircə dərimin yağlı olmağı narahat edir. Bir də mən üzümü heç vaxt qaynar su ilə yumuram ziyandı elə çoxdan soyuq suya öyrəşmişəm deyə soyuq suyla yuyuram Təşəkkür
1 may 2015 01:38
17
Offline
acisko
Bu ara menimcun en boyuk problemdi(( mende alergiyadi buna gore cooox eseb kecirdirem lazimli meslehetler idi mutleq edicem bir necesini AnwAllah xeyri olar xebere gore tewekkurlerr
1 may 2015 01:07
16
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
Offline
Antikvar
Mede-bagirsaq demek uzde sepgilerin yaranmasina getirib cixardir.Bilmirdim qohumum var uzunde sepgi olur lekeside qalir ve mede-bagirsaq problemide var.Demek bundan imis.
Cox sukur uzde sepgi problemim yoxdu.Temiz gul kimidi))
1 may 2015 00:47
15
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
Qlamurr
Səpkili çox insanlarla rastlaşmışam,çox halda mədə-bağırsaq problemi ilə bağlı olur,yəni xaricdən çox daxili orqanların yoxlanılıb müsyinədən keçmək lazımdı,çünki daxillə bağlı olanda xaricdən nə etsən heç bir effekt vermir.....məndə hərdən qollarımda olur,oda allergiya kimi,yeməklə bağlı olur...
1 may 2015 00:26
14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
vipbetul
Sitat: sebish
Mənim mədəmdə qasdrit var ondan ola bilərmi?xırda quru dəri altı səpgilərdi
ola bvilmez xanim
lazimli melumatdi

Sitat: sebish
Mənim mədəmdə qasdrit var ondan ola bilərmi?xırda quru dəri altı səpgilərdi
ola bvilmez xanim
lazimli melumatdi
30 aprel 2015 22:48
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fialka
Üzdə səpgilərin yaranma səbəbləri müxtəlif cür ola bilər, ona görə xaricdən yox daxildən düzgün müalicəni aparmaq lazımdır, çox şükür səpgilərlə də bağlı problemim yoxdu))
30 aprel 2015 22:45
12
Offline
Luna-90
Uzumde yox belimde olur herdenbir medem narahatdi yeqin ondandi
30 aprel 2015 21:48
11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
qanadli melek
Wukurki bu problemim yoxdu
30 aprel 2015 21:47
10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
nisanliyam
ehtiyac deyil tesekkurler
30 aprel 2015 21:34
9
Offline
aliceWOnDer
nedense mende bele problem yoxdu
30 aprel 2015 20:55
8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
yaz_yamuru
Menim en boyuk problemim uzumde sepgilerin olmasidir bezen azalir bezen coxalir
30 aprel 2015 20:37
7
Offline
Nezka
Mənim ən böyük problemim odu
30 aprel 2015 20:23
6
İçimi görsən mənə aptek alarsan.
Offline
Ayten666
Uzumde sephi var o da alindiqdan sonra yaranib.zinerit de xeyir etmedi
30 aprel 2015 20:08
5
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Offline
BARBI
Sepki problemim yoxdur. Sukurler olsun
30 aprel 2015 19:28
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv