Üz dərisinə qulluq üçün kələm maskası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 217
Səs ver:
(səs: 2)
Üz, çənə və boyun nahiyəsinə qulluq heç vaxt gec olmasa da, bir həqiqət var ki, bu işi nə qədər tez görsəniz, bir o qədər gənc qalarsınız. Bunun üçün hər gün özünüzə bir qədər zaman, bir az da əmək sərf etməlisiniz.
Məsələn, ağ kələm A, V, S, K, R və RP vitaminləri ilə zəngin olduğundan dəri üçün ideal resept hesab oluna bilər. Çünki kələm dərini təmizləyir, nəmləndirir və qidalandırır.

Lakin təbii maskalardan istifadə etməzdən əvvəl hansı dəri tipinə malik olduğunuzu təyin etməlisiniz.

Quru dəri üçün:
1 ədəd kələmin yarpaqlarını nazikcə doğrayın, 1 çay stəkanı südlə qarışdırıb, kələmlər yumşalana qədər qaynadın. Maskanı odun üzərindən götürün, soyuduqdan sonra üz və boynunuza çəkib, 20 dəqiqə saxladıqdan sonra yuyun.

Yağlı dəri üçün:
1 ədəd kələmin yarpaqlarını nazik-nazik doğrayıb 1 ədəd yumurtanı ağı ilə qarışdırın. Bu maskanı üz və boynunuza çəkib, 20 dəqiqə gözlədikdən sonra yuyun.

P.S: Kələmlə hazırlanan dəriyə qulluq maskalarından həftədə 1 dəfə istifadə edə bilərsiniz.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 6 217
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri