Bədənə ümumi qulluq qaydaları!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 307
Səs ver:
(səs: 0)
Sinə
Bu məqsədlə ən yaxşı gündəlik vasitə soyuq duşdur. Soyuq su bədəndə qan dövranını yaxşılaşdırır, qan damarları və toxumaların elastikliyini artırır.
 
Burun
Burunun görünən hissəsi, burun sümüyü və qığırdaqdan ibarətdir. Burunun daxilində çoxsaylı tüklər var ki, onlar kənar maddələrin orqanizmə daxil olmasının qarşısını alır. Burun deşiklərində həm də çoxlu sayda qan damarları var ki, onların zədələnməsi qanaxma yarada bilər.
 
Əllər
Əllər ətraf mühitin ziyanlı təsirinə daha çox məruz qaldığından, onlara xüsusi qulluq tələb olunur. Evdə və ya həyətyanı sahədə iş görən vaxt mütləq əlcəklərdən istifadə edin. Əllərinizi tez-tez sabunla yumalı olursunuzsa, onlara qidalandırıcı və ya qoruyucu krem çəkmək lazımdır.

Boyun
Qadının yaşını məhz bədənin bu hissəsinə baxıb, təyin etmək olur. Odur ki, boyuna xüsusi qulluq göstərmək lazımdır. Çoxları üz üçün nəzərdə tutulan prosedurları olduğu kimi boyun hissəsində də sınaqdan keçirir. Bu, əlbəttə ki, yanlış deyil, amma boyunun əlavə qulluğa da ehtiyacı var. Duş qəbul edən vaxt boyunu süngərlə yuxarıdan aşağıya doğru masaj etmək çox faydalıdır. Müalicəvi otlardan (çobanyastığı, rozmarin, ada çayı) hazırlanan buz parçaları sürtə bilərsiniz. Boyuna gecələr qidalandırıcı kremlər çəkmək olar.

Gözətrafı
Gözlərin ətrafında dəri çox zərif və həssas olur, çox tez qırışır. Məhz bu hissədə dərialtı yağ vəziləri və əzələlər olmadığından dəri dartılır və tezliklə qırışmağa başlayır. Göz ətrafının zərif dərisinə qulluq etmək üçün xüsusi kremlərdən istifadə olunmalıdır. Bunun üçün tərkibində qlükoza, A və E vitaminləri, cəfəri ekstraktı olan kremlərdən istifadə etmək olar. Tərkibində lanolin olan kremlərdən yararlanmaq isə məsləhət deyil. Çünki həmin maddə dəriyə şişkinlik və qızartı verə bilər.

Dodaqlar
Göz ətrafı kimi dodaqların da dərisi çox zərif və həssasdır. Qadınlar çox vaxt yaddan çıxarırlar ki, zaman keçdikcə dodaqlar da öz təravətini itirə bilər və onlara da qayğı tələb olunur. Əlbəttə dodaq boyası dodaqların cazibədar görünüşünü təmin edir, amma quru və çatlamış dodaqların üstünə çəkilən boya heç bir effekt vermir. Dodaqlar öz təbii rəngini itirməsin deyə onları hər səhər və axşam 1 dəqiqə ərzində təmiz diş fırçası ilə masaj etmək lazımdır. Bu prosedurdan sonra dodaqlara qidalandırıcı krem çəkmək məsləhətdir.

Ayaqlar
Duş qəbul edəndən sonra ayaqlarınızı dəsmalla yaxşıca qurulayın (barmaqların aralarını qurulamağı unutmayın). Bundan sonra, ayaqlarınıza xüsusi krem çəkin və eyni zamanda hər bir barmağı ayrıca masaj edin.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri