Üz dərisi problemləri üçün bir neçə maska

Müəllif: Miss_Oxatan
Şərhlər: 11
Baxılıb: 13 943
Səs ver:
(səs: 5)
Günəş ləkələri üçün maska:
Günəşdən qorunmaq üçün kimyəvi qoruyucu kremlərdən istifadə etsəniz də, yenə də üzünüzdə günəş ləkələri peyda olub?
 
1 ədəd kartofu rəndələyin. Suyunu çıxardıqdan sonra üzərinə 1 xörək qaşığı buğda unu, 1 çay qaşığı qabartma tozu və 1 çay qaşığı süzmə yoqurt əlavə edib qarışdırın.
 
Bu qarışmı dərinizə sürtün. Dəriniz maskanı "əmdikcə” yenidən sürtün. 30 dəqiqəlik tətbiqdən sonra ovaraq maskanı üzünüzdən çıxarın və üzünüzü yuyun. Həftədə 1 dəfə tətbiq etməniz bəs edər.
 
Sızanaq problemi olan xanımlar üçün maskalar:
Ballı və darçınlı sızanaq maskası:

3 xörək qaşığı süzmə bal
3 xörək qaşığı darçın
Vəsaitləri qarışdırın və yatmadan 20 dəqiqə əvvəl üzünüzə sürtün. Bu maskanı səhərə qədər dərinizdə saxladıqdan sonra ilıq su ilə yuyun.
Sızanaqlara səbəb olan toksinləri dərinizdən təmizləndirən bu maska ilə qısa müddətdə sızanaq problemindən xilas olacaqsınız.

Sızanaq keçirən təbii maska:

1 çay qaşığı qatığa 10 damla limon sıxın və üzünüzə sürtün. 2 saat gözlədikdən sonra ilıq su ilə yuyun. Bu maskanı hafatda 2 dəfə təkrar edin.

Sızanaqlara C vitamini:

1 ədəd rəndələnilmiş portağal qabığını əzin və sızanaqların üzərinə sürtün. Bu əməliyyatı hər gün etsəniz sızanaqların ortadan qalxdığını görəcəksiniz.

Sızanaqlara yaxşı gələn tonik:

Bərabər miqdarda limon suyunu və gül suyunu qarışdırın. Bu qarışıqla hər gün dərinizi silin. Sızanaqların qısa müddətdə yox olduğunu görəcəksiniz.

Sızanaqları keçirən resept:

Dəymiş bir pomidoru püre halına gətirin və hər gün sızanaqların üzərinə sürtün. 1 saat sonra ilıq su ilə yuyun. Beləcə həm məsamələriniz kiçiləcək həm də sızanaqlar keçəcək.

Sızanaqlar üçün sirkəli maska:

1 qaşıq sirkəyə bir az duz ataraq maska halına gətirin və sızanaqların üzərinə tətbiq edin. Yarım saat sonra ilıq su ilə yuyun.

Sızanaqlar üçün xiyar maskası:

Xiyarı püre halına gətirin və suyunu sıxdıqdan sonra dərinizə sürtün. Bu baxımı hər gün etsəniz məsamələrin kiçildiyini və dərinizdə sızanaq qalmadığını görəcəksiniz.

Əgər sızanaqlarınız bu təklifləri tətbiqinizə baxmayaraq keçmirsə, bir dəri baxım ekspertinə görünmənizi tövsiyə edərik. Sızanaqlarınız, hormonal bir pozuqluqdan səbəbi ilə də çıxa bilər.

Yağlı dıri və qara nöqtələrə qarşı maska:
Əgər yağlı və qara nöqtələri olan bir dəriniz varsa, pomidor maskası tam sizə görə. Üzünüzü gərginləşdirir dərinizi gözəlləşdirir.

Yaxşı Pomidor Maskası Üçün Lazımlı Vəsaitlər Nələrdir?
1 Ədəd pomidor
Un
Pomidor Maskası Necə Hazırlanar?
Pomidor əvvəlcə yuyular və daha sonra soyular, soyulan pomidor rəndələnilib suyu çıxardılar və suyu süzülər. Daha sonra suyu süzülmüş pomidor unla qarışdırılaraq maska konsistensiyasına gətirilər və pomidor maskamız artıq hazırdır.
Tətbiqi:
Qarışıq göz ətrafı xaricində üzümüzə çəkiər və 5 dəq. gözlədilər, daha sonra yuyular.
Quru dərilər üçün isə qarışığa bir miqdar zeytunyağı əlavə olunula bilər.

Xanımlar bu maskaları sizlər üçün seçib paylaşdım.Buyurun.
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 13 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri