Əllərinizin çatlamasının qarşısını necə almaq olar ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 092
Səs ver:
(səs: 0)
Qışda çox qadının ortaq problemlərindən bir dənəsi, soyuq havaların təsiriylə çatlayan və quruyan əllərdir. Gözəlliyinizə kölgə salacaq qurumuş və sərt əllər, eyni zamanda gündəlik həyatda narahat olmanıza da səbəb olar.

Yuma faktoru
Gün içində davamlı yuyunan əllərin nəm tarazlığı düşdüyü üçün zamanla quruyar və köhnələr. Bunu önləmək üçün yumşaq bir sabun ya da yuma geli istifadə etməlisiniz.

Hamar və yumşaq əllər
Əllərinizin yaz-qış yumşaq və hamar olması üçün nəmləndirməy əsla laqeyd yanaşmamalısınız. Yaz və qışda aylarında günəş qoruyucu kremi, əllərinizi ləkələrdən qoruyar. Gün içində tez-tez və az olaraq əllərinizi kremlə nəmləndirin. Xüsusilə yuduqdan sonra.

Yumşaq əllər üçün baxım maskası

1 yemək qaşığı təzə pomidor suyu
1 çay qaşığı qliserin
3 qəhvə qaşığı duz
Bütün vəsaitləri qarışdırın və əllərinizə sürtün. 20 dəqiqə gözlədikdən sonra iliq su ilə yuyun və nəmləndirici krem sürtün. Bu baxım, əllərinizin yumşaq və dayanıqlı olmasını təmin edəcək.

Çatlaklığı aradan qaldıran baxım maskası

limon suyu
qliserin
Əllərinizi bu vəsaitlərlə ovun və 30 dəqiqə boyunca gözləyin. Daha sonra vazelin sürərək əllərinizi sıx nəmləndirin.

Quru əllər üçün xüsusi baxım maskası

3 yemək qaşığı şirin badam yağı
vazelin
Əllərinizə badam yağı və vazelini uzun müddət masaj edin. Üzərinə pambıqlı bir əlcək geyinin. Mümkün olduğu qədər bu şəkildə yarım saat gözləyin.Bu maska Əllərinizin daha yumşaq olmasını təmin edəcək.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri