Cildinizə orqanik çarə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 115
Səs ver:
(səs: 1)
Cildimizin ən çox qayğı tələb edən bölgəsi üz nahiyəsidir. Müxtəlif səbəblərə görə üzdə yaranan səpgilər, sızanaqlar, ləkələr, çil və solğun dəri problemlərinin qarşısını almaq üçün isə ən yaxşı üsul maskalardır.

Maskalar cildi daha təravətli etməklə yanaşı qan dövranını yaxşılaşdırır. Əgər "büdcəm bahalı krem və maskalar almağa yetmir” deyirsinizsə, o zaman ev şəraitində hazırlanan maskalar ilə vizual hiss olunacaq qədər effektli üsullara əl atın.
 
Bəs evdə hansı maskaları hazırlamaq olar və onlardan nə kimi bir nəticə  görmək istəyirik?

Təbii ki, bir maska sizə həm ləkələri aparmaq, həm qırışları açmaq, həm də sızanaqları yox etməyi  vəd etmir. Buna görə də dərinizin ən çox nəyə ehtiyacı olduğunu aşkar etmək lazımdır. Dərinizi nəmləndirməyi , toksinlərdən azad etməyi və dincəlməyini istəyirsinizsə, sizin  hazırlayacağınız  maskalarda bal, yumurta, ərik qurusu, xiyar, çiyələk, banan, alma, portağal, avokado, üzüm və çobanyastığı çiçəyi ola bilər.

Qara nöqtələrdən qurtulmaq üçün isə limon, qatıq, soda, üyüdülmüş qəhvə sizə kğmək edə bilər. Ləkələr üçün gül suyu, badam yağı istifadə olunarkən, qırışlar üçün isə kivi, cəfəri, yaş maya və təbii yağlardan istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri