Üz dərinizin gözəlliyi üçün - Zəncəfil

Şərhlər: 3
Baxılıb: 22 800
Səs ver:
(səs: 1)
Zəncəfil dərinin qocalması ilə mübarizə aparır, dərini bərpa edir, tonuslaşdırır, təmizləyir, dərinin rəngini yaxşılaşdırır.

Zəncəfil müxtəlif dəri tipləri üçün olan maskaların tərkibində istifadə olunur.
1. Klassik zəncəfil maskası
Zəncəfil kökünün kiçik hissəsini (2-3 sm) blenderdə əzin, 1 xörək qaşığı zeytun yağı əlavə edin, qarışdırın və üz dərisinə çəkin. 15-20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.

2. Həssas dəri üçün zəncəfil maskası
Zəncəfil kökü (2 sm), 1 çay qaşığı limon şirəsi, 1 xörək qaşığı bal blenderdə qarışdırın. Bu qarışıq 2 saat ərzində soyuducuda saxlanılmalıdır. Sonra maskanı təmiz üz dərisinə çəkin və 15-20 dəqiqədən sonra ilıq su ilə yuyun.

3. İltihabəleyhinə zəncəfil maskası
Zəncəfil kökü (2 sm), portağal şirəsi, 1 xörək qaşığı bal və 1 xörək qaşığı qatıq blenderdə qarışdırın və təmiz üz dərisinə çəkib 15-20 dəqiqədən sonra üzünüzü yuyun.

4. Cavanlaşdırıcı zəncəfil maskası
- Zəncəfil kökü (3 sm), 1 dəstə nanə, 1 çay qaşığı bal və 1/3 banan blenderdə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra üzünüzü təmiz su ilə yuyun.
- 1 xörək qaşığı sürtgəcdən keçirilmiş zəncəfil, 1 çay qaşığı balla, 1 çay qaşığı limon şirəsi ilə, 1 xörək qaşığı xama ilə, 1 kapsul E vitamini ilə qarışdırılır, təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra ilıq su ilə yuyulur.

5. Tonuslaşdırıcı maska zəncəfillə
1 xörək qaşığı zəncəfil kökü 1 xörək qaşığı balla qarışdırılır və üz dərisinə çəkilir. Üzünüzü 20 dəqiqədən sonra təmiz su ilə yuyun.

6. Ağardıcı maska zəncəfillə
Zəncəfil, qızılgül, badam, qreypfrut efir yağları (hərəsindən 3-4 damcı) 2 xörək qaşığı xama ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra ilıq su ilə yuyulur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 22 800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri