Üz yuyarkən edilən səhvlər hansılardır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 634
Səs ver:
(səs: 1)
Üz yumanın əhəmiyyətini hamımız bilirik. Bəs üzümüzü necə yumalıyıq? Üz yuyarkən edilən səhvlər hansılardır?

Üzünüzü təmizləmək dəri qulluğu, bəlkə də ən sadə qisimdir, ancaq əhəmiyyətsiz olaraq görülən kiçik detallar uzun vaxtda problem meydana gətirə bilər. Səhv tətbiqlər təkrarlandıqca müxtəlif dəri xəstəlikləri və ya deformasiyalar qaçınılmaz olacaqdır.

Üzümüzü yumamızın məqsədi; təbii tarazlığını pozmadan dərinin səthindəki kiri, çox dəri yağını, yığılmış kiri təmizləməkdir. Bəzi insanlar dərilərini yalnız su istifadə edərək təmizləməyi seçərlər.

Üzlər necə yuyulmalıdır?

Əvvəl əllərinizi dərinizə uyğun bir sabunla çox yaxşı yuyun, sonra ilıq su ilə üzünüzü isladın və sonra təmizləyici, sabun ya da maye sabunu əlinizdə köpürdün. Əlinizdə köpürtdüyünüz sabunu üzünüzün hamısına çəkin.

Alın, yanaq və burun kənarlarınızı həssas olduğundan yavaşca ovuşdurun, bu sayədə daha yaxşı təmizlənmiş olacaqdır. Ən sonunda yalnız su ilə yaxşıca durulanın. Təmiz bir dəsmal ilə ehtiyatla üzünüzü qurulayın.

Üz yuyarkən diqqət etmək lazım olan vəziyyətlər nələrdir?

Doğru təmizləmək
İlk mərhələdə təmizləyici məhsulunu  doğru seçmək lazımdır.
Əgər dəri tipinizə uyğun bir üz təmizləmə jeli istifadə etmirsinizsə, zamanla dərinizdə nəm itkisi, qızartı, dəri soyulması kimi müxtəlif narahatlıqlar meydana gələcəkdir. Bu səbəblə hər zaman üçün aldığınız məhsulun tərkibini araşdırın və sizə uyğun olanı seçin.

Üzü çox yumaq
Təmizlik mövzusunda həssas ola bilərsiniz, amma dərinizi gündə maksimum 2 dəfə yuya biləcəyinizi unutmamağınız lazımdır. Üzünüzü çox yuyarsınızsa, dərinizin təbii nəm tarazlığını pozaraq qurumasına səbəb olacaqsınız.

Üzü az yumaq
Üz təmizliyində çox yumaq qədər az yumaq da böyük problemlər yarada bilər. Xüsusilə axşamları üzünüzdəki makiyajı çıxarmadan yatmaq qara nöqtə və qırış kimi əhəmiyyətli dəri problemlərinə səbəb olur.

Su nizamı
Üzü isti və soyuq su ilə yumaq mövzusunda müxtəlif ifadələr vardır. İsti su məsamələri açar mülahizəsi də ən məşhur olanlardan biridir. Ancaq unutmamanız lazım olan nöqtə isti su dərinizdəki qoruyucu yağ təbəqəsinə zərər verərək nəm tarazlığının pozulmasına səbəb olur. Nə isti, nə də soyuq su, ilıq su dəriniz üçün ideal olandır.

Çox ovuşdurmaq
Dərimizdəki ölü dərini təmizləmək adına təmizləyici geli sürdükdən sonra sərt bir şəkildə ovaraq təmizləməyə çalışırıq. Bu zaman dərimizdə deformasiya meydana gəlməsi qaçınılmazdır. Bu səbəblə yüngül bir şəkildə dərimizə masaj edərək təmizləməyə diqqət göstərməliyik.

Dəsmal
Əhəmiyyətsiz bir detal kimi görünsə də, dəsmalınızın yumşaq toxumada olması və dərinizi qurulayarkən yüngül bir şəkildə silməniz dəri qırışıqlıqlarının meydana gəlməsini mane olar.

Doğru nəmləndirici
Dəri tipinizə uyğun nəmləndiriciləri seçim etmək dərinizdə meydana gələcək həddindən artıq yağlanılmağın qarşısını alacaq. Bu səbəblə nəmləndiricinizi almadan tərkib məlumatına baxmağa laqeyd yanaşmayın.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri