Dərinin təravətini qoruyan möcüzəli bitki yağı

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 009
Səs ver:
(səs: 2)
Yəqin ki, çoxlarınız jojoba yağının adını eşitmisiniz. Tərkibində kimyəvi maddə olmaması ən böyük üstünlüyü olan bütün bitki yağları kimi,  jojoba da insan sağlamlığında müstəsna rola malikdir.

Amerika qitəsində yetişən adi çöl bitkisindən əldə edilən jojoba yağının ilk istifadəçiləri hindlilər olub. Müasir dövrdə isə kosmetika sahəsində geniş istifadə olunur.

Digər yağlardan qatılığı ilə fərqlənən jojobanın tərkibi doymamış yağ turşuları baxımından zəngindir. Mütəxəssislər bu yağı ehtiva edən məhsullar almaq əvəzinə, yağı birbaşa istifadə etməyi tövsiyə edirlər. Çünki həmin yağ o qədər asan sorulur ki, dəri üzərində yağlı təbəqə qalmır və dəri uzun müddət öz rütubətini qoruyur.

Onun digər bir üstünlüyü isə saxlama müddətinin uzun olmasıdır.
Jojoba yağı E vitamini baxımından zəngindir. Antiallergikdir. Hüceyrə yeniləyici xüsusiyyəti var. Yaşlanma əlamətlərinə: qırışlara qarşı çox təsirlidir. Onun yaraları da yaxşılaşdırıcı xüsusiyyəti var. İltihablarla mübarizə apardığı üçün qara nöqtə və  sızanaq müalicəsində də olduqca effektlidir.
Daha sağlam, güclü və kəpəksiz saçlar üçün əsl möcüzədir. Jojoba yağı, həmçinin, saçların uzanmasını və diblərinin möhkəmlənməsini təmin edir.
Revmatizm və oynaq ağrılarına qarşı təsirlidir. Ona görə də idmançılar ondan, adətən, ayaq kremi kimi istifadə edirlər.
Ayaq və qarın bölgəsindəki çatlara qarşı təsirlidir.
Günəş yanıqlarına yaxşı təsir edir.
Qeyd: Soyuq presləmə üsulu ilə əldə edilmiş məhsullardan istifadə edin.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 009
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri