Dəriniz qurudursa...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 357
Səs ver:
(səs: 1)
Bəzən bəzi kosmetik vasitələr dərhal nəticənin əldə edilməsi və uzunmüddətli qalıcı effekt üçün məqsədyönlü qulluq tələb edirlər.

Xüsusi olaraq belə problemlərin həll edilməsi üçün Biologique Recherche fransız laboratoriyasının mütəxəssisləri yeni nəsil məhsulları - məqsədyönlü təsir serumları hazırlayıblar. Bir qayda olaraq, belə preparatların tərkibinə təsiri dərinin disfunksiya səbəblərini maksimum tez aradan qaldırmağa yönələn aktiv fitobiokomplekslər və digər biotexnologiya məhsulları daxil olur. Belə vasitələrdən biri lipidlərlə zənginləşdirilən və dərinin həddindən artıq nəmliyinin itirilməsinin qarşısını alan Sérum T.E.W.L. yeniliyidir.



Yenilik dərinin qoruyucu baryerini bərpa etməyə dəstək olur, həm epidermisin səthində, həm də hüceyrələr arası boşluqda lipidləri saxlayan qoruyucu qat yaradır, epidermisdə lipidlərin çatışmazlığını aradan qaldırır, ekstremal soyuq havada və yüksək rütubətlilikdə dərini qoruyur. Biologique Recherche fransız laboratoriyasının mütəxəssisləri onu qurumuş dəriyə qulluqda, lipidlərin kifayət qədər olmadığı dəridə, eləcə də yetkin dəridə istifadə etməyi tövsiyyə edirlər. Ancaq yağlı dəri üçün Sérum T.E.W.L. qətiyyən uyğun deyil. Buna görə də belə serumu əldə etməzdən öncə sizin dəri tipinizə müvafiq olan qulluğu seçəcək mütəxəssislə məsləhətləşin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 357
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri