Üz üçün kosmetik buzlar. 4 buzlu resept!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 679
Səs ver:
(səs: 1)
Limon şirəsi tərkibli kosmetik buz.
Limonlu buzları həm də içkiləri sərinləşdirmək üçün də istifadə etmək olar. Uzun sözün qısası- çoxfunksiyalı bir şeydir. Limonlu buz üz dərisini tonuslaşdırır,ağardıcı effekt göstərir,piqment ləkələrini təmizlətir,çilləri aradan qaldırır,meyvə turşusunun hesabına həm də dərini yüngülcə qabıqlandırır.Bir litr suya yarım-bir stəkan limon şirəsi və ya bir neçə damcı limonun efir yağını töküb formalara doldurun və buzxanaya yerləşdirin.

• Nanəli kosmetik buz.
Mohito dadan bu buzlar təravətləndirir,sızanaqları təmizləyir,qara nöqtələri uzaqlaşdırır,qırışların əmələ gəlməsini ləngidir. Nanənin quru yarpaqlarını və ya bir paket nanə çayını qaynar suda isladıb bir saat dəmləyəndən sonra süzüb buzxanaya qoy. Çay əvəzinə nanənin efir yağını da götürə bilərsən əgər allergiyan yoxdursa.

• Xiyar suyu və qızılgül yağı tərkibli kosmetik buz.
Bu resept əsl ledi üçündür. Xiyar suyu və qızılgül yağlı buzlar dərini nəmləndirir,qidalandırır,çökən dərini həyata qaytarır.Bundan əlavə sehirli ətir spa salonu illüziyasını yaradır.Belə buzu hazırlamaq üçün sənə bir hissə lətdən təmizlənmiş xiyar suyu və bir hissə təmiz su lazımdır. Qarışdır ,bir neçə damcı qızılgül yağı əlavə et və zövq al.

• Düyü həlimi tərkibli kosmetik buz.
Dondurulmuş düyü həlimi yapon qeyşalarının gözəllik sirridir.Belə buzlar üz dərisini matlaşdırır,ağardır,təmizləyir və zədələnmiş nahiyəni bərpa edir.Ağ düyünü qaynar suda isladıb bir gecəlik saxla.Səhər dəmləməni süz,düyünü at,həlimi isə qatı olduqda 1:1 nisbətində su ilə durulaşdır,formcıqlara tök soyuducu buzxanasında dondur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 679
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri