18 ədəd ən yaxşı liftinq-maska, üz dərisinə qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 549
Səs ver:
(səs: 1)
1. Üz dərisi üçün düyü tərkibli liftinq maskası.Oqədər qəhvəyi düyü üyütmək lazımdır ki,axırda iki xörək qaşığı düyü unu alınsın.Düyü üyüdüldükdən sonra ona bir az yoqurt və yarım çay qaşığı bal qatın.Maskanı bərabər şəkildə gözətrafı dərini çıxmaq şərti ilə,bütün üz dərisinə paylayın. Yarım saat keçdikdən sonra ilıq su ilə yuyun.

2. Spirulin tərkibli liftinq-maska. Bir kapsul spirulin götürün. Onu bir az suda həll edin,sıyıq şəklini alsın. Sonda 10 damcı limon şirəsi əlavə edin. Qarışığı üz dərisində 20 dəqiqə saxlayın. Maska quruduqda,onu yenisi ilə əvəz edin.

3. Ev şəraitində hazırlanan limon və zülallı liftinq-maska. Bir yumurta ağını mikser ilə çırpıb, tələsmədən, bir xörək qaşığı limon şirəsi əlavə edin. Bu maska da 15-120 dəqiqədən sonra yuyulur (istənilən su ilə).

4. Üz üçün liftinq effektli ,ballı liftinq – maska. Yulaf ( 2 x\q) ,bal (1 x\q) ,yaxşıca dəmlənmiş çayı (2 x\q) qarışdırıb üzə çəkin,15-20 dəqiqədən sonra istənilən temperaturlu su ilə yuyun.

5.Liftinq effektli qliserinli liftinq-maska .Bir ç\q qliserin,yumurta ağı,un (stəkanın dörtdə-bir hissəsi qədər) ,bal (bir xörək qaşığı) götürüb qarışdırmağa başlayın.Maska üz,boyun və dekolte nahiyəsinin dərisinə tətbiq edilir. Tətbiq etmək üçün xüsusi fırçadan istifadə etmək lazımdır. Maska göstərilən nahiyələrdə 10 dəqiqə "yaşamalıdır” . İlıq su ilə yuyulur.

6. Üz üçün vitaminli liftinq – maska (quru və normal dəri üçün). Ev şəraitində,evdə bu maskanı hazırlamaq üçün bir ədəd banan,bir kapsul E vitamini,qaymaq (stəkanın dörtdə-bir hissəsi miqdarında) götürün. Meyvənin qabığını soyub əzin. Əzilmiş banana vitamin və qaymağı əlavə edin. Qarışdırıb boyun və üzə tətbiq edin.Gözətrafı sahəyə toxunmayın. Maskaya 15 dəqiqə təsir müddəti verdikdən sonra pambıq tamponu və axar suyun (ilıq) köməyi ilə yuyun.

7. Ev şəraitində hazırlanan parafinli liftinq-maska (50+ yaşlı qadınlar üçün) . Parafini qaynar su buxarında qızdırıb əridin,bir neçə təbəqə şəklində üzünüzə çəkin. Sevimli bir yerdə uzanıb 25 dəqiqə ərzində maskanın varlığından həzz alın. Parafinli maskanın asan yuyulması üçün,qabaqcadan dərinizə bir qədər yağ sürtün.

8. Çobanyastığı çayından hazırlanan liftinq –maska (yağlı dərili xanımlar üçün) . Bir az çobanyastığı çayını müalicəvi palçıq ilə qarışdırın (3x\q) . Qarışığı üzə çəkin və 20 dəqiqə saxlayın.

9. Üzümlü liftinq-maska. Bir budaq üzüm alın. Budaqdan səkkiz gilə üzüm qopardın,toxum və dəricikdən azad edin. Təmizlənmiş üzüm lətinə bir qaşıq gil və bir ədəd yumurta sarısı əlavə edib qarışdırın. On yeddi dəqiqədən sonra öncə ilıq,sonra isə sərin su ilə yuyun.

10 . Liftinq effektli nişasta və ballı liftinq-maska .Bir çay qaşığı nişasta ,bal,un götürüb bir-birinə qatın. Qarışığı üz dərisinə yayın,gözətrafı dəriyə isə krem çəkin (döyəcləyici hərəkətlərlə) . Tətbiq etdikdən sonra 10 dəqiqə uzanıb istirahət edə bilərsiniz.Vaxt bitdikdə maska və kremi sərin su ilə yuyun. Daha sonra "buz zamanı”: soyuducu buzxanasından buz çıxardıb dərini onunla silin. Üz dərisini nəm dəsmal ilə nəmləşdirməyi unutmayın,bu zaman dəri nəmliyini itirməyəcək.

11. Maya tərkibli (piyvə mayası) liftinq effektli liftinq maskası. Soyuducudan südü çıxardın. 3 x\q mayanın üzərinə tökün.Qarışıqı üzə çəkdikdən 20 dəqiqə sonra maskanı otaq temperaturlu su ilə yuyun.Əgər, dəriniz qurudur və nəmliyini itirirsə ,bu maskanı həftədə azı üç dəfə təkrarlayın.

12. Yulaflı liftinq maskası. Yulafı qəhvəüyüdəndə üyüdün. Yumurta sarısı qatın. Üz dərisinə sərin. 10-15 dəqiqədən sonra maskanı yumaq olar.

13. Narıngi tərkibli liftinq-maska. Xama,limon qabığı və narıngini (hərəsindən təqribən 1 ç\q olmaqla) qarışdırın. 20 dəqiqəlik üzə çəkin. Belə maska ilıq su ilə yuyulsa yaxşı olar .Soyuq su ilə də yumaq olar,sizin öyrəşməyinizdən asılıdır.

14. Pomidorlu liftinq-maska. İki x\q tomat şirəsi ilə eyni miqdarda buğda ununu qatıb üz dərisinə tətbiq edin. Maska çəkildikdən sonra üzünüzə kağız salfet sərin. 15-20 dəqiqədən sonra yuyun.

15. Kartoflu liftinq –maska,ev şəraitində ,evdə. Bir ədəd kartofu qaynadıb əzin.Qaymaq əlavə etdikdən sonra bir az küncüt yağı tökün.Kartoflu püreni ilıq şəkildə üz dərisində yayın.Maska yaxşıca qurumalıdır. 3 təbəqə tamamlanana qədər qurudub təkrar tətbiq edin. Maska tam quruduqda mineral su ilə yuyun. Həftədə iki üç dəfə maskanı etmək məsləhətdir.

16. Qoz ekstraktlı liftinq-maska. Bunun üçün limonu blenderdə xırdalayıb (qabıqdan təmizlənmiş olmalıdır) bir çay qaşığı qoz ekstraktı əlavə edin,ardınca 4 ç\q quru süd və bir ədəd yumurta da qatın. Maska 20 dəqiqə dəridə qalmalıdır. Yalnız sərin su ilə yuyulmalı.

17. Quru üz dərisi üçün nəzərdə tutulmuş liftinq maska. Bir az xama ilə perqa (perqa –arı çörəyi) qarışdırın,perqanın miqdarı bir ç\q olması yetərlidir. Qatdıqdan sonra 20 dəqiqə saxlayın ki,perqa şişkinləşsin. Bir neçə damcı qaysı şirəsi və üç ədəd əzilmış çiyələk hazırlayın. Perqa tam şişdikdən sonra qalan ingridiyentləri əlavə edin. Maska 20 dəqiqə dəridə saxlanılmalı. Bu maska otaq temperaturlu su ilə yuyulur.

18. Aqava tərkibli ,ev şəraitində hazırlanan liftinq-maska.Xırda doğranmış aqava dilimlərini qızıl kağıza bükün və soyuducuya qoyun (14 günlük). Vaxt keçdikdə,qızıl kağızın içindəki aqava jele halını alacaq. Onu bankaya tökün. Üz dərisinə krem çəkin,hopduqdan sonra maskanı tətbiq etmək olar.Maska 15 dəqiqə üz dərisində saxlanılmalı. Axar sərin su ilə yuyulmalı.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 549
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri