Aloe gözəl kosmetoloqdur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 434
Səs ver:
(səs: 2)
Aloe gözəl kosmetoloqdur. Onun şirəsi sayəsində yeni hüceyrələrin əmələ gəlməsi,regenerasiya sürətlənir,bu isə o deməkdir ki,aloe dərinin qocalmasının qarşısını alır. Aloedən hazırlanmış maskalar zərif qadın dərisində qırışların əmələ gəlməsinin qarşısını alır. Əgər onlar artıq əmələ gəlibsə,müntəzəm istifadə nəticəsində miqdarını azaltmaq olar,bundan əlavə, dəri daha yumşaq,təravətli və hamar olacaq.

1 x\q aloe lətini əzib 1 x\q yağlı qaymaq ilə qarışdırın. Maskanı təmiz dəriyə çəkib 15 dəqiqə saxladıqdan sonra yuyun.
Dərini cavan və təravatli saxlamaq üçün aloenin 1 yarpağını yuyub blenderdən çəkin,üz və boyun dərisinə tətbiq edin. 20 dəqiqədən sonra yuyulur.
Qırışlar əleyhinə bal və aloe maskası. Bu maska qırışlar əleyhinə profilaktika üçün əla vasitədir. Onu hazırlamaq üçün 2 x\q hazır qırış maskası və bal götürüb 1 x\q biostimulə edilmiş aloe şirəsi ilə qarışdırmaq lazımdır. Maskanın dəridə 15 dəqiqə saxlanılır.
Yaşlanan dəri üçün aloe maskası. 1 yumurta sarısı 1 x\q biostimullaşdırılmış aloe şirəsi ilə qatılıb üz dərisinə çəkilir. 10-15 dəqiqəyə yuyulur.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri