Gözətrafı dəri üçün maska

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 143
Səs ver:
(səs: 1)
Qadın gözləri qəlbin aynasıdır. Gözətrafı dəri isə çox zərif və tez əldən düşəndir. Qulluqsuz və düzgün olmayan qulluq göstərdikdə bu nahiyənin dərisi qırışlar yığınına çevrilir,şişkinləşir və sallanır. Bəzi xalq reseptləri var ki,onların köməyi ilə gözətrafı dərini cavan və təravətli saxlamaq mümkündür.

ÇİY KARTOF MASKASI
Gözətrafı dərinin ağarması,hamar və tarımlı olması üçün bu maskanı həftədə iki dəfə istifadə etmək kifayətdir. Bunun üçün sürtgəçdən keçirilmş kartofu tənzifə büküb gözaltı nahiyəyə qoymaq lazımdır.

XAMA MASKASI
Onun hazırlanması üçün 2 ç\q xama kiçik miqdar əzilmiş cəfəri ilə qatılıb gözaltı nahiyəyə 15-20 dəqiqəlik qoyulur.

BALLI-KƏSMİKLİ MASKA
Belə maska qidalandırıcı və tonuslaşdırıcı xüsusiyyətlərə malikdir.Həftədə iki dəfə istifadə etmək olar. 1 x\q kəsmik götürüb 1 ç\q bal və 1 ç\q qaymaq ilə əzib qatırıq. İlıq süddə və ya suda islanmış pambıq tamponu ilə yuyulur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 143
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri