Yanaqlardakı yağları əridən maskalar

Müəllif: emis
Şərhlər: 3
Baxılıb: 2 739
Səs ver:
(səs: 1)
Yanaqların həddən artıq kök görünməsi sadəcə, artıq çəkili insanların problemi deyil.

Kifayət qədər arıq qadınlar da yanaqlarda toplanan yağlardan əziyyət çəkə bilərlər.

Orqanizmin gün ərzidnə həddən artıq su və duz itirməsi üzün şişməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün hər gün 10 stəkan su içmək lazımdır. İstifadə etdiyiniz dərmanlar, kosmetika məhsulları da çənə, buxaq və yanaq bölgəsində yağların toplanmasına gətirib çıxara bilər. Həmçinin, spirtli içki, həddən artıq duz istifadə edənlər də bu problemlə üzləşirlər.

Ancaq təəssüflənməyin, üzdəki yağları əridərək daha arıq görünməyə kömək edən xüsusi maskalar var.
1 xörək qaşığı zeytun yağı ilə 3 xörək qaşığı limon şirəsini qarışdırın. Maskanı üzünüzə çəkib 10 dəqiqə dairəvi hərəkətlərlə masaj edin.
Bu maskanı həftədə 3 dəfə çəkmək lazımdır.
İkinci maskanın da hazırlanması və tətbiqi olduqca asandır.
Bunun üçün 1 xörək qaşığı avokado yağına, 2 xörək qaşığı kivi şirəsi və bir az cəfəriyə ehtiyacınız var.
Bütün məhsulları kokteyl blenderinin içərisinə töküb çırpın.
Əldə etdiyiniz maskanı üzünüzə çəkib 10 dəqiqə masaj edin. Bu maskanı isə həftədə 2 dəfə çəkmək kifayət edəcək.
Yanaqlardakı yağları əridən ən təsirli maskalardan biri də qırmızı istiot maskasıdır.

Tərkibi:
1 xörəl qaşığı gil
1 çay qaşığı nanə yağı
1 xörək qaşığı limon şirəsi
1 çay qaşığı qırmızı pul istiot

Hazırlanması:
Bütün məhsulları bir kasanın içərisinə töküb qarışdırın. Maskanı üzünüzə çəkərək 5 dəqiqə masaj edin. 5 dəqiqə gözləyib üzünüzü islaq salfetlə və ya isladılmış pambıqla silin. Bu maskanı həftədə iki dəfə çəksəniz, üzünüz daha arıq görünəcək və sızanaqlardan xilas olacaqsınız.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri