Tər əleyhinə vasitəni özünüz hazırlayın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 982
Səs ver:
(səs: 1)
Tər əleyhinə vasitə hər gün istifadə etdiyimiz kosmetik vasitələrdən biridir. Hansı formada qablaşdırılmasından asılı olmayaraq, bütün belə vasitələrin tərkibi zərərli kimyəvi maddələrlə doludur. Aparılan araşdırmalar göstərib ki, onlardan uzun müddət istifadə edən qadınlarda döş xərçənginə yaxalanma riski artır.
 
Buna baxmayaraq, onlardan imtina etmək mümkün deyil. Xüsusilə, yay aylarında özümüzdən əmin olmaq üçün həmin vasitələr bizə kömək edir.
 
Ona görə də, ya bir az daha çox pul xərcləyib təbii tərkibli məhsullardan istifadə etməlisiniz, ya da tər əleyhinə vasitənizi ev şəraitində özünüz hazırlamalısınız. Üstünlüyü ikinci varianta verirsinizsə, 
 
Tərkibi:
50 ml. mineral su
10 damcı lavanda yağı
5 damcı adaçayı yağı
100 ml alma sirkəsi
 
Hazırlanması:
Siyahıdakıların hamısını kiçik bir kasaya töküb qarışdırın. Qarışığı təmiz sprey şüşəsinə töküb istədiyiniz vaxt istifadə edin.
Alternativ olaraq, özünüzə yasəmən qoxulu vasitə də hazırlaya bilərsiniz.
Bunun üçün 10 ml. gülab, 10 ml. mineral su, 10 ml qliserin, 2 damcı mixək yağı və 2 damcı yasəmən yağını bir qabda qarışdırın. Sprey şüşəsinə boşaldıb istifadə edin.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 982
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri