Dərinin bərpası üçün ən effektli və ucuz vasitə

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 4 740
Səs ver:
(səs: 0)
Naringi yağı təbiətin bizə bəxş etdiyi ən qiymətli hədiyyədir. Onun müxtəlif faydalı xassələri və tətbiqi növləri var. Ondan hətta ev şəraitində maska kimi də istifadə etmək olar. İstifadəsi asan olan naringi yağının effekti də tez hiss olunur.

Naringi yağı dərinin bərpası üçün çox unikal kosmetik vasitədir. Tərkibində olan C vitamini dəridə meydana gələn incə xətlərin və qırışların azaldılmasında çox təsirlidir.

Naringi yağından, adətən, dərinin elastikliyini və möhkəmliyini qaytarmaq məqsədi ilə istifadə edirlər. Dərini dərindən təmizləyən bu yağ məsamələrdə yığılan çirki də çıxarır, ona təravət bəxş edir, onu canlandırır. Sızanaq, qara nöqtələri piqmentləri yox edir.

Naringi yağından dəri təmizliyində tonik olaraq istifadə edə bilərsiniz. Xüsusən də, gecə makiyajını təmizlədikdən sonra üzü bu yağla silmək dəri üçün çox faydalıdır. Yeri gəlmişkən qeyd edək ki, küçəyə çıxmazdan əvvəl dəri səthini bu yağla silmək olmaz. Çünki yağlı dəri üzərinə düşən günəş şüaları yandırıcı təsir göstərir.

Yağlı dəridə yağlılığı azaldır.

Naringi yağı dişləri ağartmaqda olduqca təsirlidir.

Naringi yağı müalicəvi məqsədlərlə ən müxtəlif sahələrdə geniş tətbiq olunur. Xəstəlikdən asılı olaraq, naringi yağı ilə masaj və vannalar qəbul etmək, həmçinin, daxilə istifadə etmək olar.

Ondan soyuqdəymə və qrip kimi xəstəliklərin sağaldılmasında da istifadə edilir.

Əzələləri canlandırıcı xüsusiyyəti var. Bundan başqa naringi yağı bədəndən mikrobları uzaqlaşdırır.

Boğaz ağrısı, mədə yanması, qanı təmizləməkdə, böyrək daşı kimi xəstəliklərdə də müalicəvi təsir göstərir.

Naringi yağının qoxusu isə psixoloji problemləri olanları rahatlaşdırır və yuxusuzluğu aradan qaldırır.

Sellülitin isə bir nömrəli düşmənlərindən biridir.

İstifadə Qaydası:
Ballı şirin suya iki damcı damızdıraraq gündə 3 dəfə qarqara edilir.
Xaricdən masajla dəriyə yeridilir. Naringi yağı ilə masaj etmək yorğunluğu aradan qaldırır, oynaq ağrılarını isə azaldır.

Xəbərdarlıq: Menstruasiya dövründə olan  xanımlar istifadə etməməlidir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 740
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri