Bədən üçün xeyirli skrab-maskalar

Müəllif: emis
Şərhlər: 4
Baxılıb: 2 285
Səs ver:
(səs: 1)
Bədən üçün xeyirli skrab
1 stəkan balla yarım stəkan iri duzu qatışdırıb, isti yerə qoyun.Daha sonra skrabı isti hamamda bədənə masaj hərəkətləri ilə çəkin.
15-20 dəqiqə saxladıqdan sonra yuyun. Dəriniz uşaq dərisi kimi olacaq.

Quru bədən üçün maska
100 q qaymaq, 100 q kərə yağı, 1 avokado, 1 yumşaq banan və 1 damcı qızılgül yağını mikserlə çalın. Əgər sulu alınarsa, bir az da qaymaq əlavə etmək olar. Alınan qarışığı təmiz, buxara çevrilmiş üz və bədən dərisinə çəkib, 15 dəqiqə gözləyin.Maskanı çəkdikdən sonra dəsmalla bürünmək məsləhətdir.

Qarın üçün xüsusi maska
4 çay qaşığı mayanı bir xörək qaşığı duru balla qatın və qarın nahiyəsinə çəkib quruyana kimi uzanın.Bu maska qarın əzələlərində qan dövranını yaxşılaşdırıb onun möhkəmliyini və tarımlığını təmin edəcək.

Sellülit əleyhinə maska
2 çay qaşığı istənilən gündəlik kremin üzərinə 1 çay qaşığı bal və 5 xörək qaşığı üzüm şirəsi əlavə edib qarışdırın. Alınan qarışığı bədənə çəkib 15 dəqiqə saxlayın.

Nəmləndirici kokteyl
1 stəkan qazsız mineral suyu yarım stəkan südlə qatışdırıb alınan kokteyli masaj hərəkəti ilə bütün bədənə çəkin.Kokteyl bədəni qidalandırır, elastik edir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 285
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri