Pəhriz saxlayarkən dəri sallanmasının qarşısını necə almalı?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1005
Paylaş:
Səs ver:
(səs: 1)
Qadınlar istədikləri bədən formasını ancaq pəhriz saxlamaqla əldə edə bilmirlər. Əksinə, qəfildən arıqlayan bədəndə boşalma, əzələlərin sallanması baş verir, dəridə qüsurlar, çapıqlar əmələ gəlir. Nəticədə dünən kök görünən budlar sallanmış dəri parçasına bənzəyir. Pəhrizlər zamanı dəridə müxtəlif qüsurların qalması halları ilə demək olar ki, bütün xanımlar üzləşirlər.

Artıq sirr deyil ki, arıqlamağın ən yaxşı üsulu pəhrizlə yanaşı idmanla məşğul olmaqdır. Çünki idmanla məşğuliyyət orqanizmdə gümrahlıq hissi yaratmaqla yanaşı qol və digər nahiyələrdə ətin sallanması, dəridə çapıqların yaranmasının da qarşısını alır.

İdman məşğələləri adətən hərəkətsiz qalan hissələri işlədib piy qatının əzələylə əvəzlənməsini təmin edir. Bunun üçün ən yaxşı variant idman zalına getməkdir. Lakin buna imkanı olmayanlar evdə də məşq edə bilərlər. Hazırda evdə idman etməyi asanlaşdırmaq üçün məşhur modellərin və idmançınların iştirakı ilə çəkilən onlarla disklər satılır. Diskə baxmaqla idman hərəkətlərini mütəmadi olaraq evinizdə edin və 20 gündən sonra siz ayaqlarınızın necə bərkidiyini hiss edəcəksiniz. Unutmayın ki, birinci dəfədən bütün hərəkətlər təklif ediliyindən iki dəfə az edilməlidir. Əks halda, kəskin ağrılar sizi bir neçə gün incidə bilər. Bütün bu məsələlər disklərin instruksiyasında da qeyd olunur.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1005
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv