Topuqlardakı çatları yox edən ən təsirli ayaq maskaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 327
Səs ver:
(səs: 4)
Ev şəraitində hazırlanan təbii maskalarla ayaqlardakı çatlardan xilas olmaq mümkündür.

Limonlu qliserin maskası
Bir ləyənin içərisinə ilıq su, az miqdarda duz, limon şirəsi, qliserin və gülab tökün. Ayaqlarınızı bu suyun içərisində 15-20 dəqiqə saxlayın. Daha sonra topuqlarınızı daş ilə təmizləyin. 1 çay qaşığı qliserinlə 1 çay qaşığı gülabı qarışdırıb ayaqlarınıza çəkin. Corab geyinin və yatın. Səhər ayaqlarınızı ilıq su ilə yuyun. Bu prosesi 3 gün davam etdirsəniz, topuqlarınız yumşalacaq, çatlar yox olacaq.

Bananlı, avokadolu maska
Dəymiş, bir az qaralmış bananı əzin, üzərinə yarım avokadonu əlavə edib blenderdən keçirin. Qarışığı ayaqlarınıza çəkib 10 dəqiqə gözləyin. Daha sonra ayaqlarınızı ilıq su ilə yuyub yaxşıca qurulayın. Dərini qidalandıran keyfiyyətli ayaq kremi çəkin.

Limonlu vazelin maskası
Yatmazdan əvvəl ayaqlarınızı 15-20 dəqiqə ilıq suda saxlayın. Daha sonra ayaqlarınızı yaxşıca qurulayıb bir çay qaşığı vazelinlə 1  çay qaşığı limon şirəsindən əldə etdiyiniz maskanı çəkin. Masaj edərək maskanın dəriyə hopmasını təmin edin. Corab geyinib yatın. Səhər ayaqlarınızı ilıq su ilə təmizləyin. Çatlar yox olub, topuqlarınız yumşalana qədər maskanı çəkin.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 3 327
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri