Nənələrin məsləhətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 257
Səs ver:
(səs: 3)
Yaşıl qozun suyu ilə tüklü hissələri silin. Proseduru minimum 2-3 dəfə təkrar etməklə, xoşagəlməz tüklərdən azad olmaq olar.
Gicitkən toxumlarını və yağından ibarət qarışığı üzə çəkib, tüklərə "əlvida” deyin. Yağlı dəri üçün sirkə və bal qarışığı losyonu məsləhətdir. 1 xörək qaşığı balı 1 çay qaşığı sirkə ilə qarışdırıb, 50 qr. odekalon və 1 stəkan su əlavə edin.
Yorğun günlərdə dincəlmək üçün 1 çay qaşığı qatığın üzərinə 1 çay qaşığı bal və yulaf toxumlarını əlavə edib, üzərinə bir az duz səpib, yaxşıca qarışdırın. Qarışığı üz və boyun hissələrə çəkib, 20 dəqiqə gözləyin, əvvəlcə ilıq, daha sonra soyuq su ilə yuyun.
Limonun yarısını 1 stəkan suya sıxıb, pambığı həmin qarışıqda isladıb, üzü silin. Qarışıq qıcıqlandırıcı effekt versə, suyun miqdarını artırın. Qarışıq üzdə quruduqdan sonra üzü yumadan makiyaj edin.
İlıq kartof əzməsi, yumurta sarısı və bir qədər süd qarışığını üzə çəkib, 15-20 dəqiqə saxlayın ki, dəriniz nəmlənsin.
1 yumurtanın sarısı, 1 çay qaşığı aloe şirəsi və bitki yağını qarışdırıb, üzə çəksəniz qırışan dəriniz sevinər.
Nəm üzü narın duz ilə sürtmək bütün məsamələri açıb, ölmüş hüceyrələri kənarlaşdırır. Sonra C vitaminli kremlər ilə dərini qidalandırmaq üzə maksimum effekt verəcək.
Duza qoyulmuş kələmin yarpaqlarını 15-20 dəqiqə üzdə saxladıqdan sonra, əvvəlcə suda isladılmış tənzif və ya pambıq ilə silin, sonra su ilə yuyun üzünüzü. Maska üz dərisini təravətləndirərək, onu elastikliyini maksimum səviyyədə qoruyacaq.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri