Yağlı və sızanaqlı üz dərisi üçün maskalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 8 442
Səs ver:
(səs: 2)
Bu maskalar dartmaq və bakterialardan azad etmək kimi funksiyalara malikdirlər. Hüceyrələrin qan dövranını yaxşılaşdırırlar.

1 yumurta ağı köpük halına gələnə qədər çalınır və bunun üzərinə damcı damcı 1 xörək qaşığı odekalon əlavə olunur. Həmçinin 1 xörək qaşığı kamfara spirti, qarağat və quşarmudu (üvəz) şirəsi əlavə olunur. Üzdə maskanı 20 dəqiqə saxlamaq lazımdır, ilıq sonra soyuq su ilə yuyulmalıdır.
1 çay qaşığı quru xardal iki çay qaşığı bitki yağı ilə qarışdırılır.Maskanı üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra ilıq çayda və ya cökə çayında və çobanyastığı çayında isladılmış pambıq ilə yuyun.
1 xörək qaşığı dəniz otu (laminariya) sıyığını 1 yumurta ağı ilə (çalınmış), bir çimdiy dəniz duzu, 1 çay qaşığı limon şirəsi, 1/3 çay qaşığı xardal ilə qarışdırın. Maska üzdə 15 dəqiqədən artıq qalmalıdır.
Süddə əridilmiş 20 qr mayanı 1 yumurta ilə, 1 xörək qaşığı bal ilə, 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Maska üzdə 30 dəqiqə qalmalıdır. İlk öncə ilıq sonra soyuq su ilə yuyulmalıdır.
20 qr mayanı, xama halına gəlincəyədək, limon şirəsində açın. Üzdə maska 15-20 dəqiqə qaldıqdan sonra yuyulur.
50 qr maya 1/3 stəkan ilıq suda açılır. ½ çay qaşığı şəkər tozu və 1 xörək qaşığı un əlavə olunur. Maska üzə 30 dəqiqəlik sürtülür, otaq temperaturalı su ilə yuyulur.
20 qr maya və 30 qr un ilıq süd ilə açılır, yaxşıca qarışdırılır. Üzdə 20 dəqiqə saxladıqdan sonra yuyulur.
20 qr maya 20 qr qatıq ilə qarışdırılır. Maska üzdə 40 dəqiqə saxlanılır, ilıq su ilə yuyulub götürülür.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 8 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri