Sağlam dəriyə sahib olmaq istəyirsiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 920
Səs ver:
(səs: 1)
Dərinizə qarşı mütəmadi olaraq diqqətli olsanız dərinizin parlaqlığını və sağlam görünüşünü uzun  müddət qoruya bilərsiniz. Əgər dəri baxımına zaman ayıra bilmirsinizsə mütəxəssislərin verdiyi məsləhətlər əməl edə bilərsiniz. Normal dəri baxımı və sağlam həyat tərzi dərinizin təbii yaşlanma müddətini gecikdirərək bir çox dəri problemlərinə mane ola bilər.

Dəri sağlamlığınız üçün ən əhəmiyyətli maddə günəşdən qorunmaqdır. Uşaqlıqdan bəri bilməyərəkdən günəş işığına məruz qalan insanlarda çillərdə artım, günəş ləkələri, normal olmayan bir dəri rəngi, dəridə quruluq, incə qırışlar, dəridə kobudlaşma və ən ciddi dəri xəstəlilərindən biri dəri xərçənglərinə rast gəlinə bilər.

Köhnə kosmetik vasitələrindən istifadə etməməyə çalışın
"Keçən ildən günəş qoruyucu qalıb bu il də istifadə edə bilərəm” dediyiniz zaman artıq dərinizdə hansısa problemin yaranmasını demiş olursunuz. Bildiyimiz kimi günəş orqanizmimizdə D vitamini üçün vacibdir. Təxmini olaraq həftə ərzində günəş altında 15 dəqiqə keçirsəniz bu D vitamininin dəri tərəfindən qəbulu üçün kifayətdir. Əsasən günəş şüasını üzümüzdən və əllərimizdən qəbul edirik. Güşən altında olduğunuz hallarda güşəş şüalarında qorunma üçün istehsal olunan kremlərdən də yararlana bilərsiniz.

Sağlam bir dəri üçün sağlam qidalanmaq mütləqdir.
Nizamlı və sağlamqidalanma həm özünüzü daha yaxşı hiss etməyinizi, həm də dərinizin daha parlaq və elastik görünməsini təmin edər.
Stressden bacardığınız qədər uzaq durmağa çalışın.

Stress və yuxusuzluq dərinizi həssaslaşdırar, beləliklə də bu allergiya və sızanaq artımına səbəb olabilər. Stress bütün bədənə təsir edir və dərinizdə bunun ilk əlamətlərini görə bilərsiniz.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 920
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri