Dərinizin növünü bilirsinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 677
Səs ver:
(səs: 2)
Əziz xanımlar, siz dərinizin növünü bilirsinizmi? Dəri növünüzü bilmək ona düzgün qulluq etməyinizə də kömək edəcəkdir.

Dəri normal, quru, yağlı və qarışıq ola bilər. Normal dəri əsasən gənclərin dərisidir. Belə dəri açıq çəhrayı rəngdə olub, sağlam görüntülü, işıqlı, sızanaqsız olur.

Quru dəri: İnsan dərisinin 70% -ni su təşkil edir və yaşa dolduqca (qadınlarda 30, kişilərdə 35 yaşlardan) dərinin suyu azalır. Beləcə dəri qurumağa başlayır və qırışlar əmələ gəlir. Dəri öz gənclik təravətini itirir.

Yağlı dəri: Yağlı dəri portağala bənzəyir. Yəni onun məsamələri görünür. Dəri parıltılı və yağlı olur.

Qarışıq dəri: Qarışıq dəri dedikdə alın, burun ətrafı və çənənin yağlı, qalan hissələrin isə quru olduğu dəri tipi nəzərdə tutulur.

Dəri insan həyatında vacib rol oynayır. Daxili orqanları xarici təsirdən və zədələrdən qoruyur, bədən temperaturunu nizama salır, piy ifraz edir, orqanizmdə artıq olan maddələri tər vasitəsi ilə xaric edir, orqanizmi yoluxucu xəstəliklərdən qoruyur. Bədəndə gedən hər bir dəyişikliyi beynimizə çatdırır. Bunun üçün də dərimizin hansı növ dəri olmasını bilməli və dəridə gedən prosesləri, dəyişiklikləri ciddi qəbul etməliyik.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 677
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri