Nar çox faydalı meyvədir. Nar antioksidant maddələrlə zəngindir.
Bu maddələr orqanizmdə qocalma prosesləri ləngidir, orqanizmi
cavanlaşdırır.
Nardan çox təsirli cavanlaşdırıcı maska hazırlamaq olar.
1 xörək qaşığı nar dənələri enli qabda qaşıqla əzin, alınmış şirəni ayrı
qaba tökün. Nar dənələri 1 xörək qaşığı yulaf yarması ilə qəhvəüyüdən
maşında xırdalayın. Daha sonra maskaya dənələrdən sıxılmış nar şirəsini
və 1 xörək qaşığı xama əlavə edin və yaxşı qarışdırın. Maskanı təmiz
dəriyə çəkin və 2-3 dəqiqə ərzində üzünüzü yüngül masaj edin. Daha sonra
maskanı 10 dəqiqə ərzində saxlayın və sonra ilıq su ilə yuyun. Bu maska
dərini tonuslaşdırır, cavanlaşdırır, ağardır, daha təravətli edir. Bu
maskadan həftədə 2 dəfə istifadə edə bilərsiniz.