Yağlı dərilər üçün 4 təbii maska

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 289
Səs ver:
(səs: 4)
Dərinizdə yaranan yağlanmanı sabit saxlamaq üz gözəllliyi üçün vacibdir. Həddən artıq yağlanma üzünüzdə sızanaq, civzə və qara nöqtələr yaradır. Evdə təbii üsullarla hazırlanan maskalarla bu problemlərin qarşısını ala bilərsiniz. Maskaları həftədə 1 dəfədən artıq istifadə etməyin. Qeyd: Yağlı dərilər üçün istifadə olunan təbii maskalar dərinizdə allergiya yarada bilər. Maskanı üzünüzə tətbiq etməzdən əvvəl əl biləyinizə biraz sürtərək yoxlaya bilərsiniz. Əgər qızartılar yaranırsa, üzünüzə çəkməyin.

1. Ərik maskası
Ərik üz dərinizin yağlanmasını sabitləməyə kömək edir. Qatıq sayəsində üzünüz nəmlənir. Qatıq və ərik eyni vaxtda istifadə olunursa, sızanaq qızartıları üçün faydalıdır.
· 1 ərik
· 1 xörək qaşığı yağsız qatıq
· 1 çay qaşığı yaşıl gil
Əriyi blenderdən keçirin, sonra qatıq ilə gili üzərinə əlavə edin. Əgər bu qarışıq çox qatı alındısa, üzərinə çox az su əlavə edin. Göz ətrafına yaxınlaşdırmamaq şərti ilə üzünüzə çəkin və 15 dəqiqə sonra üzünüzü yuyun.
 
2. Banan maskası
Banan maskası üzünüzü nəmləndirəcək və sızanaqlara qarşı qoruyacaq. Bu, yağlı dərilər üçün effektiv maskadır.
· Yarım banan
· 2-3 damcı nanə yağı
· 1 çay qaşığı yaşıl gil
· 1 xörək qaşığı yağsız qatıq
Bananı həm blenderlə, həm də qaşıq vasitəsi ilə əzə bilərsiniz. Qeyd olunan bütün komponentləri qarışdırdıqdan sonra üzünüzə çəkin. 10-15 dəqiqə üzünüzdə saxladıqdan sonra üzünüzü yuyun.
 
3. Çiyələk maskası
Çiyələyin tərkibindəki təbii turşular, yağlı dərilər üçün təsirli maska olacaq. Qatıq da yağlı dərilər üçün təsirli vasitədir.
· 4-5 ədəd çiyələk
· 1 xörək qaşığı qatıq
Çiyələyi blenderdən keçirdikdən sonra qatığı üzərinə əlavə edin. Qarışığı üzünüzə çəkdikdən 10-15 dəqiqə sonra üzünüzü təmizləyin.
 
4. Sarıkök maskası
Tərkibində sarıkök olan bu maska yağlı dərilər üçün tövsiyə edilən maskalardan biridir. Mövzunun əvvəlindəki qeydi unutmayın. Sarıkök dərinizdə allergiya yarada bilər. Ona görə də biləyinizdə test etməyi unutmayın.
· 1 çay qaşığı sarıkök
· 1 çay qaşığı bal
· 1 çay qaşığı yağsız qatıq
· 3 damcı limon suyu
Bütün komponentləri yaxşı qarışdırdıqdan sonra üzünüzə çəkin və 10 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun. Limon allergiya yaradırsa, maskaya limon əlavə etməyə bilərsiniz.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 5 289
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri