Səhərlər güzgüyə baxdıqda üzünüzdə, burnunuzda gördüyünüz qara nöqtələr və civzələr heç də ürəkaçan mənzərə deyil.
Əgər
sizin də belə bir probleminiz varsa, qanınızı qaraldan, ozünüzə inamı
azaldan bu narahatlıqdan qurtulmağın çox sadə və təbii üsulu var. Bunun
üçün sizə sadəcə olaraq limon, su və duz lazım olacaq.
1
xörək qaşığı dəniz duzu, ½ çay qaşığı limon suyu və 1 çay qaşığı su
götürün və hamısını qarışdırın. Alınan qarışımı dərinin civzələr
xüsusilə çox olan bölgələrinə çəkin. Sonra yüngül və dairəvi
hərəkətlərlə 2-4 dəqiqə ərzində onu dəriyə sürtün. Sonra həmin bölgəni
yuyun. Üzünüzü həmişə istifadə etdiyiniz adi yuyucu vasitələrinizlə
yuyun.
Lakin bu proseduru həftədə 2 dəfədən artıq etmək qətiyyən olmaz. Unutmayın ki, hər şey qədərində olduqda faydalıdır.