Tüklərin dəriyə batmasının qarşısını alın!

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 3 225
Səs ver:
(səs: 3)
Bir çox insan bədənin müxtəlif hissələrindəki tüklərin dəriyə batmasından şikayətçidir. Xüsusilə də, qadınlar ayaqlarda tük batması ilə tez-tez üzləşirlər.
 
Dərini nəmlə təmin edin!
 
Tük batmasının qısa müddətdə aradan qalxması üçün dərini nəmləndirmək lazımdır. Gecə yatmazdan öncə mütləq bədənin bütün hissələrinə krem çəkin.
 
Çay ağacı yağı
Bu yağ tük batmasından qaynaqlanan şiş və qızartıları azaldır. Həmçinin, dərini yumşaldaraq tükün batdığı yerdən çıxmasına yardım edir. Pambığa bir neçə damcı çay ağacı yağı töküb tükün batdığı nahiyəyə çəkərək masaj edin.
Çay ağacı yağına bir az aleo-vera şirəsi əlavə etməklə onun təsirini artırmaq olar.
 
Tüklərin dəriyə batmaması üçün vannanı su ilə doldurun və içərisinə 20 damcı çay ağacı yağı tökün. Bu suda 15 dəqiqə uzanın.
 
Gigiyena qaydaları
Tük batması, adətən, arzuolunmaz tükləri təmizlədikdən sonra baş verir. Bu da gigiyena qaydalarına əməl etməməklə əlaqədardır. Tükləri ülgüclə təmizləyirsinizsə, bir dəfə üçün nəzərdə tutulan ülgücdən istifadə edin. Onu əvvəlcə spirtli məhlula salmaq, daha sonra su ilə yaxalayıb, istifadə etmək məsləhətdir.
 
Ölü hüceyrələri təmizləyin!
Tük batmasının müşahidə edildiyi nahiyələri zeytun yağı və şəkər tozundan ibarət skrabla masaj edin. Bu ölü hüceyrələrin təmizlənməsinə və dərinin daha tez sağalmasına kömək edəcək.
 
Rahat geyimlər
Dar, dərini sıxan geyimlər tük batmasına səbəb olur. Bədənə yapışmayan, rahat geyimlərə üstünlük verin.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3 225
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri